Boks millimiz Gimnaziadada komanda hesabında birinci yeri TUTDU

Boks millimiz Gimnaziadada komanda hesabında birinci yeri TUTDU

Hazırda oxunan: Boks millimiz Gimnaziadada komanda hesabında birinci yeri TUTDU
218318
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın boks millisi Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında komanda hesabında birinci yeri tutub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məktəblilər arasında təşkil olunan multi-idman yarışında Azərbaycan millisi 18 medal qazanıb.
 

Bu medallardan 11-ni oğlan boksçular əldə ediblər. Bütün rəqiblərinə qalib gələn Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihad Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq) və Rza Rzayev (70 kq) çempion tituluna yiyələniblər. Valeh Eyvazlı (66 kq) gümüş, Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə yarışı bürünc medalla başa vurublar.


Nəticədə 8 qızıl, 1 gümüş və 2 bürünc mükafat qazanan oğlan boksçulardan ibarət Azərbaycan millisi komanda hesabında 1-ci yeri tutub.

Qızlardan Gülər Hüseynova (46 kq), Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (54 kq) və Dəniz Babayeva (63 kq) qızıl medal qazanıblar. Aylin Nəzərova (50 kq), Aysu Mikayılova (52 kq) və Mələk Hümbətova (57 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Boks yarışları “Əl-Əhli” klubunun kompleksində keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO