
- A-
- A
- A+
İdman
09:46 / 12.10.2024
1 dəq oxunma
Millimiz Şimali İrlandiya ilə QARŞILAŞACAQ
Hazırda oxunan: Millimiz Şimali İrlandiya ilə QARŞILAŞACAQ
215682
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə üz-üzə gələcək.
Bizim.Media xəbər verir ki, matç Ballimena şəhərində yerləşən “Şouqraunds” stadionunda təşkil olunacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Oyunu Farer adalarından olan Heini Ziskason Vidoy idarə edəcək.
Qeyd edək ki, F qrupunda 9 matç keçirən komandalardan Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla ikinci, Serbiya 13 xalla üçüncü, Lüksemburq 7 xalla dördüncü sıradadır.
8 qarşılaşmada 7 xal toplayan Şimali İrlandiya 5-ci, 3 xala malik Azərbaycanın U-21 yığması isə sonuncu pillədə qərarlaşıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




























































































