Azərbaycan çempionatları tarixində 14000-ci qol vuruldu

Azərbaycan çempionatları tarixində 14000-ci qol vuruldu

Hazırda oxunan: Azərbaycan çempionatları tarixində 14000-ci qol vuruldu
211666
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan çempionatları tarixinin 14000-ci qolu vurulub.

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının VI turunun “Sabah” – “Turan Tovuz” görüşünə (2:2) təsadüf edib.
 

Matçdakı ikinci qol ölkə çempionatlarının 32 illik tarixinə 14000-ci kimi düşüb. Bu topun müəllifi qonaqların futbolçusu Roderik Miller olub.


Yubiley qolu 33 mövsüm ərzində baş tutan 5762-ci oyuna təsadüf edib. Bu qarşılaşmalardan 278-i texniki nəticə ilə yekunlaşıb. 14002 qol 5484 matçda vurulub.

Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO