
- A-
- A
- A+
Lənkərandakı qəzada xəsarət alanların ADLARI BİLİNDİ
Bu gün günorta saatlarında Lənkəran rayonunun Liman şəhərində baş verən qəzada 4 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, Masallı rayon Gəyəçöl kənd sakinləri 2003-cü il təvəllüdlü Məmmədəli Bahadır oğlu Nəsirov, 1984-cü il təvəllüdlü Aslan Məhərrəm oğlu Abdullayev, 1995-ci il təvəllüdlü Elton İdrak oğlu Nəsirov və Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Emin Əlişan oğlu Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
MÖVZU İLƏ BAĞLI:
Lənkəranda ağır QƏZA: Xəsarət alanlar var – FOTO
Xəstəxanadan verilən məlumata görə, Məmmədəli Nəsirov qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, bu gün Lənkəran rayonunun Liman şəhəri ərazisində "AzSamand" markalı minik avtomobili "Volkswagen" markalı maşınla toqquşub.
Sabutay, Bizim.Media, Cənub bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































