
- A-
- A
- A+
Əlillərə verilən avtomobillərin satılması və bağışlanması QADAĞAN OLUNDU
Əlilliyi müəyyən edilmiş şəxsə verilən reabilitasiya vasitələrinin satılması və bağışlanması qadağan edilib.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Belə ki, sənədə yeni bənd əlavə olunub. Qeyd edilib ki, bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması qadağandır.
Qaydanın 3.14-cü bəndi isə belədir: Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə verilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































