İş başında ölən zavod işçilərinin FOTOLARI

İş başında ölən zavod işçilərinin FOTOLARI

Hazırda oxunan: İş başında ölən zavod işçilərinin FOTOLARI
195587
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, dünən ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində 5 işçinin ölümü ilə nəticələnən hadisə baş verib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, iş yoldaşları vəfat edən həmkarlarının fotolarını paylaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluq: Gəmi zavodunda baş verən hadisə ilə bağlı araşdırma aparılır


Qeyd edək ki, hadisə dünən saat 17:00 radələrində baş verib. ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.

Belə ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib. 

Əraziyə FHN-nin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb. 

Dünyasını dəyişmiş zavod əməkdaşlarının fotosunu təqdim edirik: 

İş başında ölən zavod işçilərinin FOTOLARI - foto 1
İş başında ölən zavod işçilərinin FOTOLARI - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO