Şuşada Akselerasiya Proqramının qaliblərinə mükafat verildi - FOTO

Şuşada Akselerasiya Proqramının qaliblərinə mükafat verildi - FOTO

Hazırda oxunan: Şuşada Akselerasiya Proqramının qaliblərinə mükafat verildi - FOTO
195556
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşada A-Hub Akselerasiya Proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir ICESCO, Azərbaycan Mədəniyyət Nazirliyi və “New Space Innovation” şirkəti tərəfindən təşkil olunub.

İyunun 2-də “Bakı Kristal Zalı”nda keçirilən finalda 11 ölkədən (Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudan) 30-dan çox komanda iştirak edib. Bu innovatorlar öz ideyalarını nümayiş etdirib və 30 min dollar mükafat fondu uğrunda yarışıblar.

Yarışın nəticəsinə əsasən, “Snack Pack” (Azərbaycan) komandası I, “ReSkill” (Tacikistan) komandası II, “Biopols” (Türkiyə) komandası III, “Caredify” (Tunis) komandası IV yerə layiq görülüb.

Qeyd edək ki, “A-Hub Akselerator” proqramı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Bu akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək onların ideyalarını reallaşdırmaq üçün lazım olan resurs və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.

 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO