Ədalət Şükürov 55 yaşını Moskvada Eminlə birgə qeyd etdi – VİDEO

Ədalət Şükürov 55 yaşını Moskvada Eminlə birgə qeyd etdi – VİDEO

Hazırda oxunan: Ədalət Şükürov 55 yaşını Moskvada Eminlə birgə qeyd etdi – VİDEO
18733
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Əməkdar artisti, Dağıstanın Xalq Artisti Ədalət Şükürovun bu gün 55 yaşı tamam olur.

Bizim.Media xəbər verir ki, bu əlamətdar günü o, Moskva restoranlarından birində azərbaycanlı müğənnilərlə birgə keçirib.

Xalq artisti Emin Ağalarov onu doğum günü münasibəti ilə təbrik edib və fürsətdən istifadə edərək pərəstişkarlarına salam da göndərib.

Qeyd edək ki, Ədalət Şükürov 22 aprel 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 3 il "Novaya Zemlya" adasında, sualtı qayıqda hərbi xidmətini çəkib.

Hərbi xidməti bitirib, geri döndükdən sonra 1987-ci ildə Sankt-Peterburq Mədəniyyət Universitetinin "kütləvi tədbirlər rejissoru" fakultəsinə daxil olub. Ali təhsil aldıqdan sonra Ədalət Şükürov Sankt-Peterburqun 5-ci kanalında efirə gedən "Adamovo yabloko" verilişində rejissor işləyib.

Bir müddət sonra o, Luqa şəhərinin baş rejissoru olub və kütləvi tədbirlər keçirib. "Salsa Viva" rəqs məktəbini bitirib. Baltik Turizm və Biznes Akademiyasında aspiranturada oxuyub.

Elmi işini Sankt-Peterburqda müdafiə edib. 2007-ci ildən İqtisad elmləri namizədidir. Dizaynerliklə də məşğul olan Ədalət Şükürov, arabir rəssamlıq da edir.

1992-cı ildən mahnı bəstələməyə və şeirlər yazmağa başlayır. Daha sonra musiqi və mətnləri aranjman edərək, ifa edir. Oxuduğu mahnılar Azərbaycanda çox sevildiyindən o, 2000-ci ildə vətənə qayıdıb və müğənnilik fəaliyyətini burada davam etdirib.
 

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO