Tolik: “Rusiyada kişilərlə əylənən müğənnilər efirdə xalqa ailə dəyərlərindən məsləhət verir” - VİDEO

Hazırda oxunan: Tolik: “Rusiyada kişilərlə əylənən müğənnilər efirdə xalqa ailə dəyərlərindən məsləhət verir” - VİDEO

186507

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, Tolik aparıcısı olduğu “Tarixin bir günü” verilişində bir çox ictimai-sosial verilişlərdə ekspert qismində iştirak edən müğənniləri sərt şəkildə tənqid edib. 

“Mən bir məqamı başa düşə bilmirəm. Bu ölkədə ziyalılarımız, ailə espertlərimiz, pedaqoqlarımız yoxdur ki, onların əvəzinə müğənnilər verilişlərdə espert kimi çıxış edir?

Bu qədər dünya görmüş insanlar var, onlar qalıb bir yanda, müğənnilər ekspert olublar. Evdə qazan yuya, döşəmə süpürə bilməyən müğənni çıxır efirə ailə dəyərlərindən xalqa məsləhət verir. Ərindən xəbəri yoxdur... Əri müğənni arvadının aldığı avtomobillərlə Bakıda gəzir, özü isə Rusiyada başqa kişilərlə saunadan çıxıb otelə girir. Bakıya gələndə isə olur ailə esperti... Namus və qeyrət espertidir. Ona “namus ağacı” əkəcəyəm. Nə baş verir? İllərdir ki, kitab oxuyan ibtidai sinif müəllimləri qalıb kənarda, müğənnilər və aktrisalar olub efirdə eskpert”, - deyə Tolik od püskürüb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO