Gürcüstan tarixində İLK: Milli Avro-2024-ün finalında - VİDEO

Hazırda oxunan: Gürcüstan tarixində İLK: Milli Avro-2024-ün finalında - VİDEO

184327

Bu gün Avro-2024-ün son üç iştirakçısı müəyyənləşir.

Bizim.Media xəbər verirf ki, pley-offun finalında Gürcüstan Yunanıstanla qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltiər seriyasında isə daha dəqiq olan (4:2) Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. 
Gürcüstan yığmasının həlledici penalti zərbəsini vaxtilə Azərbaycanda "İnter" və "Qəbələ"də çıxış etmiş Nika Kvekveskiri vurub.

Günün digər oyunlarında Ukrayna  İslandiya ilə, Polşa isə Uelslə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.
26 mart

Avro-2024-ün pley-off mərhələsinin finalı

21:00. Gürcüstan - Yunanıstan - 0:0 (Penaltilər - 4:2)

Qırmızı vərəqə: Giorgi Loria, 45+3 (Gürcüstan)
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO