Çempionlar Liqasında komanda sayı artırılacaq - RƏSMİ

Çempionlar Liqasında komanda sayı artırılacaq - RƏSMİ

Hazırda oxunan: Çempionlar Liqasında komanda sayı artırılacaq - RƏSMİ

18393

UEFA Çempionlar Liqasında format dəyişikliyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Premyer Liqanı tərk edən ilk klub bəlli oldu


Yeni reqlamentə əsasən, 2024/2025 mövsümündən komanda sayı 32-dən 36-dək artırılacaq və qrup mərhələsi ləğv olunacaq.

Liqa formatında təşkil olunacaq turnirdə hər klub minimum 10 oyun (5 ev, 5 səfər) keçirə biləcək. İlk səkkiz pillənin sahibi avtomatik olaraq 1/8 finala yüksələcək.

9 - 24-cü sırada yer alan komandalar isə son 8 vəsiqə uğrunda pley-off matçları oynayacaq. Duellər 2 qarşılaşmadan ibarət olacaq.

Analoji format dəyişikliyi Avropa Liqası və Konfrans Liqasına da təsir edəcək. Əlavə müzakirə və razılığa əsasən, iki yarışda komanda sayı 36-dək artırıla bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO