Premyer Liqanı tərk edən ilk klub bəlli oldu

Premyer Liqanı tərk edən ilk klub bəlli oldu

Hazırda oxunan: Premyer Liqanı tərk edən ilk klub bəlli oldu

18254

Futbol üzrə İngiltərə Premyer Liqasında bu mövsüm elitanı tərk edəcək ilk klubun adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, 32-ci turda səfərdə “Vulverhempton”a uduzan “Şeffild Yunayted” Çempionşipə düşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa Liqası: dörddəbir final mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR


Sözügedən komanda Premyer Liqada sona 6 tur qalmış 14 xalla sonuncu pillədə qərarlaşıb. Pol Hekinqbottonun çalışdırdığı “Şeffild Yunayted” Premyer Liqada yerini qorumağa imkan verən 17-ci pillədən 19 xal geri qalır. 

Habelə “Vest Bromviç” (24 xal) ilə “Fulhem” (26 xal) də Premyer Liqanı tərk etmə zonasındadırlar.

Əvəzində “Norviç Siti”nin Çempionşipdən Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin etdiyi müəyyənləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO