Bakıda əməliyyat zamanı 10 kq narkotik ələ keçirildi – VİDEO 

Bakıda əməliyyat zamanı 10 kq narkotik ələ keçirildi – VİDEO 

Hazırda oxunan: Bakıda əməliyyat zamanı 10 kq narkotik ələ keçirildi – VİDEO 
183923
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə aşkar edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən son 30 gün ərzində keçirilən tədbirlərlə narkotiklərin dövriyyəsi və satışı ilə bağlı 65 fakt müəyyən edilib. 

Qanunsuz dövriyyədən 10 kiloqram, o cümlədən, 5 kiloqram heroin, 2 kiloqram tiryək, 2 kiloqram marixuana və 1 kiloqram psixotrop maddə metamfetamin çıxarılıb.

Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı, paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər. 

Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. 
 




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO