Bakıdan Moskvaya uçan təyyarə Domodedovo hava limanında eniş etməyib - SƏBƏB

Hazırda oxunan: Bakıdan Moskvaya uçan təyyarə Domodedovo hava limanında eniş etməyib - SƏBƏB

183012

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna enib.

Bu barədə Bizim.Media-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo hava limanına uğurla eniş edib.

Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO