“Bavariya”nın istədiyi futbolçuya 100 milyon qiymət qoyuldu

“Bavariya”nın istədiyi futbolçuya 100 milyon qiymət qoyuldu

Hazırda oxunan: “Bavariya”nın istədiyi futbolçuya 100 milyon qiymət qoyuldu

180022

"Bavariya" "Real"a keçəcəyi gözlənilən Alfonso Deyvisə əvəzləyici tapıb. 

Bizim.Media xəbər verir ki, Münhen təmsilçisi "Milan"ın sol cinah müdafiəçisi Teo Ernandeslə maraqlanır. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.

Lakin bu keçidin baş tutması o qədər də asan görünmür. İtaliya klubu 26 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir.
Qeyd edək ki, "Milan" Teo Ernandesi 2019-cu ilin yayından "Real"dan transfer edib. Fransa millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 200 rəsmi matçda 28 qol və 37 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cl ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO