Firdovsi Umudov: “Bu nəticə bizi arxayınlaşdırmamalıdır”

Firdovsi Umudov: “Bu nəticə bizi arxayınlaşdırmamalıdır”

Hazırda oxunan: Firdovsi Umudov: “Bu nəticə bizi arxayınlaşdırmamalıdır”

179121

"Dadaş Dadaşbəylinin qazandığı üç qızıl medal böyük uğurdur".

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəylinin çıxışı barədə açıqlamasında deyib.

O, bu uğurun yenidən təkrarlanmasına görə xoşbəxt olduğunu bildirib:

"Bilirsiniz ki, sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Babayev tarixi nəticə qazanmışdı. Dövlətimizin idmana göstərdiyi qayğı nəticəsində nailiyyətlərimiz daha da artır".

F.Umudov federasiyası olaraq qarşılarına daha böyük hədəflər qoyduqlarını söyləyib:

"Turnirdə Azərbaycanı doqquz ağırlıqqaldıran təmsil edirdi. Dadaş istisna olmaqla digərləri gənc idmançılar idi. İndi daha böyük uğurlar qazanmaq istəyirik. Bu nəticə bizi arxayınlaşdırmamalıdır. Hədəfimiz gənclərin üzərində daha çox işləyib gələcək yarışlara yüksək səviyyədə hazırlamaqdır. Ən böyük məqsədlərdən biri də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq və ölkəmizi layiqincə təmsil etməkdir".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO