Stilist Anar ondan danışıb, göz yaşı içində efiri TƏRK ETDİ – VİDEO 

Stilist Anar ondan danışıb, göz yaşı içində efiri TƏRK ETDİ – VİDEO 

Hazırda oxunan: Stilist Anar ondan danışıb, göz yaşı içində efiri TƏRK ETDİ – VİDEO 

175058

“Mənim 3 yaşım olanda valideynlərim boşandı. Anam Azərbaycana köçdü, atam isə başqa ölkədə qaldı. Bir növ ata-anasız qaldım. Atam da, anam da nənəm oldu. Anam sağdır. Nənəmin qoxusunu anamdan alıram. Allah anama uzun ömür versin. Bu günə qədər nənəmə ana demişəm. Həmişə kiməsə dəstək olan, dürüst Anar onun mənə verdiyi tərbiyənin nəticəsidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri dünyaca məşhur stilist Anar Ağakişiyev qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Nənəsinin himayəsində böyüdüyünü söyləyən Anar bu anda göz yaşlarını saxlaya bilməyib və studiyanı tərk edib. Proqramın aparıcısı Vüsalə Əlizadə Anarın arxasıyca gedərək onu yenidən studiyaya geri qaytarıb. 

Ağakişiyev göz yaşı içində fikirlərinə belə davam edib: 

“Mən onunla vidalaşa bilmədim. Pandemiya dövrü idi. Onun öldüyü an çox qəribə idi. Azərbaycan üçün bir bayram qeyd olunurdu. Nənəm isə can verirdi, 89 yaşı var idi. Yaşlılıqdan dünyasını dəyişdi, xəstəlikdən yox. Xaricə getməmişdən əvvəl ayaqları şişmişdi. Baxışını unutmaram. Bir insan ki, güclüdür. Amma nəyisə bacarmır... Mənə dedi ki, məni sağaldacaqsan? Dedim, hər şeyi satıb, səni sağaldaram. Amma təbiətdir, mən nəsə edə bilmədim. Türkiyədəydim. Molla deyib ki, kimisə gözləyir, can verə bilmir. Məni görüntülü yığdılar, telefonu sinəsinə qoydular gözünü yumdu. Amma gələ bilmədim. Kimlərə zəng etdim, özəl təyyarə ilə gəlmək istədim. Heç nə alınmadı. Hələ də qəbullana bilmirəm ki, o yoxdur. Bəlkə də qismət belə gətirdi ki, indi içimdə onunla danışıram”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO