Xatirə İslam: “Heç vaxt kişi məclislərində oxumamışam” – VİDEO 

Hazırda oxunan: Xatirə İslam: “Heç vaxt kişi məclislərində oxumamışam” – VİDEO 

166664

Müğənni Xatirə İslam açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbər-ətər” verilişində getdiyi el şənliklərindən söhbət açıb. 

Xatirə bu zamana qədər kişi məclislərində iştirak etmədiyini bildirib: 

“23 ildir ki, efirdəyəm. Mən heç vaxt kişi məclislərində oxumamışam. Orada madiyyat nə olursa olsun (yüksək qonorarı nəzərdə tutur – red.) kişi məclislərinə getmirəm. Bu zamana kimi də getməmişəm. Kişi məclislərinə gedən qadın müğənnilərə pis baxmıram. Bu, normaldır. Sənətçi, sənətkar hər yerdə oxuya bilər”. 

Müğənni proqramın gedişatında xına məclislərinə getdiyini, lakin xına-dekor biznesi ilə artıq məşğul olmadığını dilə gətirib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO