Yarı zirzəmidə yaşayan Rəhman Rəhmanov: “30 ildir ki, burada yeyirik, yatırıq” – VİDEO 

Hazırda oxunan: Yarı zirzəmidə yaşayan Rəhman Rəhmanov: “30 ildir ki, burada yeyirik, yatırıq” – VİDEO 

166345

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə aktyoru, Əməkdar artist Rəhman Rəhmanov yaşadığı yerin yarı zirzəmi olduğunu açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Çıxış yolu” ictimai-sosial verilişinə müsahibəsində deyib. 

66 yaşlı sənətkar birotaqlı şəraitsiz evdə yaşadığını bildirib: 

“30 ildir ki, bu evdə yaşayıram. Burada yeyib, burada da yatırıq. Bura yarı zirzəmi sayılır. Çünki buranın döşəməsi yoxdur. Bünövrəsiz tikilidir. Yarı zirzəmidir... Burada həm qonaqları qəbul edirik, həm yemək yeyirik, həm də yatırıq. Yataq tərəfi isə pərdə ilə örtüb, arakəsmə ilə ayırmışıq. Bir otaqdan ikinci otaq düzəltmişik. Mənim başqa evim və ya mülküm yoxdur. Evlə bağlı müraciət etsəm də, mənə imtina gəlib. Mənə onsuz da ev lazım deyil. Çünki artıq yaşlaşmışam. Bir ayağım burada, digər ayağım orada... Sizə 25 ilin hadisəsini danışıram.

Dövlətdən öz adıma 6 sot torpaq aldım. İmkanım olmadı, o torpağın kiçik bir hissəsini satdım. Yarı hissəsi bu qaldığımız yerdir.

Yarı hissəsini isə iki nəfərə satdım. Lakin onlara ev tikməyə icazə vermədilər. Məcbur olub mənim adıma olan torpaq üçün İcra Hakimiyyətindən icazə aldım ki, həmin torpaqda ev tikim. Onlar da mənim adıma o toprağın üstündə ev tikdilər. Mən qaldım bir otaqda, onlar isə sağlıqlarına qismət, böyük villa tikdilər. Ad mənim oldu, dad isə onların.

Villalar tikildi, sonra alqı-satqı oldu. Həmin evlər onların adına keçdi. İndi də deyirəm ki, mənim heç bir mal-mülküm yoxdur, amma buna inanan da yoxdur”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO