Rusiyada yeni 1000 və 5000 rublluq banknotlar - FOTO

Rusiyada yeni 1000 və 5000 rublluq banknotlar - FOTO

Hazırda oxunan: Rusiyada yeni 1000 və 5000 rublluq banknotlar - FOTO

160093

Rusiyanın Mərkəzi Bankı 1000 və 5000 rubl nominalında yeni banknotları nümayiş etdirib.

Bizim.Media “İzvestiya” portalına istinadən xəbər verir ki, yeni əskinasların görüntülərini Rusiya Mərkəzi Bankının sədrinin müavini Sergey Belov bu gün keçirilən mətbuat konfransında təqdim edib. 

Min rublluq banknotun üzərində Nijni Novqorod şəhərinin simvolik məkanlarının təsviri əks etdiriləcək.
5000 rublluq əskinas isə Yekaterinburqa həsr edilib. Yeni pullar tədricən dövriyyəyə buraxılacaq və 1997-ci ildən dövriyyədə olan banknotlarla birgə istifadə olunacaq. 

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı hər iki nominalda olan banknotun dizaynının dəyişdiriləcəyini 2022-ci ilin yayında elan etmişdi.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO