İlham Əliyev Bişkekdə Putinlə Şimal-Cənub Nəqliyyat Dəhlizini MÜZAKİRƏ EDİB - VİDEO

Hazırda oxunan: İlham Əliyev Bişkekdə Putinlə Şimal-Cənub Nəqliyyat Dəhlizini MÜZAKİRƏ EDİB - VİDEO

159596

Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Bişkekdə Putinlə görüşü olub - YENİLƏNİB/FOTO/VİDEO


Regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, Azərbaycanın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlığı qeyd edilib, bu xüsusda mütəmadi əsasda keçirilən regionlararası forumun vacib platforma olduğu bildirilib. 

Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artmasından məmnunluq ifadə olunub. 

Humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, bu baxımdan Azərbaycanda rus dilinə qayğı, xeyli sayda ali və orta təhsil müəssisəsində rus dilinin tədrisi qeyd edilib. 

Söhbət zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəminə də toxunulub. 

Görüşdə Azərbaycan ilə Rusiya arasında hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin vacibliyi qeyd olunub. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO