İsrailin 44 hərbçisi həlak oldu

İsrailin 44 hərbçisi həlak oldu

Hazırda oxunan: İsrailin 44 hərbçisi həlak oldu

158938

Fələstinin radikal HƏMAS hərəkatının yəhudi dövlətinin ərazisinə hücumu nəticəsində İsrail Müdafiə Qüvvələrinin azı 44 hərbçisi həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə ordunun sözçüsü Avixay Adrai “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

“İsrail ordusu indiyədək silahlılarla şiddətli toqquşmalarda əsgər və zabitlər də daxil olmaqla 44 hərbçisini itirib”, - Adrai deyib.

O, İsrail qüvvələrinin HƏMAS-ın yüzlərlə tərəfdarını zərərsizləşdirdiyini qeyd edib. HƏMAS yaraqlılarının hücumu nəticəsində ölən İsrail vətəndaşlarının ümumi sayı 700 nəfərə çatıb. Hücum zamanı 2,2 mindən çox israilli xəsarət alıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO