Kolleclərin boş yerlərinə ixtisas seçimi aparılır

Kolleclərin boş yerlərinə ixtisas seçimi aparılır

Hazırda oxunan: Kolleclərin boş yerlərinə ixtisas seçimi aparılır

157737

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə ixtisas seçimi aparılır.

Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, sentyabrın 30-u günorta saatlarına 520 nəfər elektron ərizəsini təsdiqlədib. Onlardan 515-i Azərbaycan bölməsi, 5-i rus bölməsi üzrədir.

İxtisas seçimi oktyabrın 2-si saat 23:59-dək internet vasitəsilə aparılır. 

Kolleclərin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan¬larından “məqbul” alan abituriyentlər buraxılırlar. Rəqs müəllimliyi ixtisasının müsabiqəsində isə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent 20-dək ixtisas kodunu qeyd edə bilər. 

Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO