Dünya çempionatı: Bir güləşçimiz yarımfinala yüksəldi, ikisi 1/4 finalda uduzdu

Hazırda oxunan: Dünya çempionatı: Bir güləşçimiz yarımfinala yüksəldi, ikisi 1/4 finalda uduzdu

155812

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib. 

Bizim.Media xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda almaniyalı Erik Tileyə tam üstünlüklə qalib gəlib. Onun finaldakı rəqibi Givi Maçaraşvili olacaq. 

65 kiloqram çəkidə mübarizə aparan Hacı Əliyev və 59 kiloqramda yer alan qadın güləşçimiz Alyona Kolesnik isə 1/4 finalda məğlub olublar. Rəqiblər finala yüksəlsələr, təmsilçilərimiz təsəlliverici görüşlərə qatılmaq hüququ qazanacaqlar.
Qeyd edək ki, bu gün həmçinin Azərbaycanın sərbəst güləşçilərindən Osman Nurmaqomedov (92 kiloqram) final, Turan Bayramov (74 kiloqram) və Orxan Abasov (79 kiloqram) isə bürünc medal görüşünə çıxacaqlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO