“Molde”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

“Molde”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

Hazırda oxunan: “Molde”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər
155580
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Norveçin “Molde” klubunun 3 futbolçusu UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunu buraxa bilər.

Bizim.Media xəbər verir ki, bunlar müdafiəçi Martin Linnes, yarımmüdafiəçilər Erlinq Knudtzon və Martin Ellinqsendir.

Knudtzon UEFA Çempionlar Liqasının pley-off mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə keçirilən oyunda başından xəsarət alıb və həmin vaxtdan yaşıl meydanlardan uzaqdır.

Linnes həmin qarşılaşmadan əvvəl topuğunun iki bağından zədə alıb. Ellinqsenin isə topuğunda ağrılar var. Onlardan sonuncunun “Qarabağ”la görüşdə iştirak etmək şansı nisbətən yüksək qiymətləndirilir.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO