Oğuzda ağır qəza: 3 nəfər yaralandı

Oğuzda ağır qəza: 3 nəfər yaralandı

Hazırda oxunan: Oğuzda ağır qəza: 3 nəfər yaralandı
151638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Axşam saatlarında Ağcabədi rayonundan Xalxal kəndinə istirahətə gələn insanlar Oğuz rayonunun Qumlaq kəndi ərazisində yol qəzasına düşüblər.  

Bizim.Media-nın yerli bürosu bildirir ki, qəza zamanı "Mercedes" və "Lada" markalı minik avtomobilləri toqquşub. 

Qəza zamanı “Mercedes” markalı avtomobildə olan üç nəfər - Ağcabədi rayon sakinləri 65 yaşlı Şirxan Tahirov, 35 yaşlı Elnarə Tahirova və 26 yaşlı Səkinə Bəylərli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Daha sonra yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir. 

Qəzanın təfərrüatları araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO