“Fake news” dövlətin təhlükəsizliyini təhdid edir – ona qarşı necə mübarizə aparmalı? – FOTO  

“Fake news” dövlətin təhlükəsizliyini təhdid edir – ona qarşı necə mübarizə aparmalı? – FOTO  

Hazırda oxunan: “Fake news” dövlətin təhlükəsizliyini təhdid edir – ona qarşı necə mübarizə aparmalı? – FOTO  

149945

“Qlobal Media və Siyasət Araşdırmaları” Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xəbəri yoxlamamış İnanma! – saxta xəbərlərin yayılması və onlara qarşı mübarizə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində “Sosial Media və saxta xəbərlər” mövzusunda tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbiri açıq elan edən layihə və təşkilat rəhbəri Azər Abbasov layihə barədə məlumat verib. 

Layihənin məqsəd və vəzifələri haqqında danışan Azər Abbasov saxta xəbərlərlə mübarizənin vacibliyindən bəhs edərək QHT və media arasında əlaqələrin vacibliyini xüsusi ilə vurğulayıb.


O bildirib ki, saxta xəbərlər dövlətin və cəmiyyətin təhlükəsizliyini təhdid edən məsələdir. Ona görə də bu sahədə media, QHT, rəsmi qurumlar intensiv və sistemli fəaliyyət göstərməlidirlər. 

Daha sonra layihə çərçivəsində hazırlanan sosial çarx vətəndaş cəmiyyəti fəalları və QHT rəhbərlərinə nümayiş etdirilib. 

Azər Abbasov saxta xəbərlərlə mübarizə çərçivəsində hazırlanan sosial çarxın bütün sosial şəbəkələr vasitəsilə yayıldığını bildirib. 


Daha sonra söz qonaqlara verilib. Tədbirdə çıxış edən qonaqlar layihə və sosial çarx haqqında fikir bildirərək layihənin davamının vacibliyini vurğulayıblar. 

Qeyd edək ki, tədbir “Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin bu il üzrə agentlik tərəfindən dəstəklənən layihəsi çərçivəsində sonuncu tədbirdir. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO