Vens ABŞ-ın İranla danışıqlarda nə istədiyini BİLDİRDİ

Vens ABŞ-ın İranla danışıqlarda nə istədiyini BİLDİRDİ

Hazırda oxunan: Vens ABŞ-ın İranla danışıqlarda nə istədiyini BİLDİRDİ

614237

ABŞ İranın İslam Respublikasının nüvə arsenalının bərpa olunmamasını təmin edəcək bir prosesdə Vaşinqtonla əməkdaşlıq etməsini istəyir.

Bizim.Media “Guardian”a istinadla xəbər verir ki, bu barədə Ağ Evdə keçirilən brifinqdə ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens bildirib.
 

"Biz İrandan yalnız nüvə silahından imtina öhdəliyini deyil, həm də iranlıların illər sonra öz nüvə potensialını yenidən bərpa etməsinə imkan verməyəcək bir prosesdə bizimlə əməkdaşlıq etmək istəyini görmək istəyirik", — deyə o qeyd edib.


Vens vurğulayıb ki, əgər İran heç vaxt nüvə silahına sahib olmayacağına dair öhdəlik götürərsə, ABŞ saziş bağlamağa hazırdır.

Əks halda amerikalılar İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO