Manaf Ağayev: “Söyülməyən müğənni qalmayıb” – VİDEO 

Manaf Ağayev: “Söyülməyən müğənni qalmayıb” – VİDEO 

Hazırda oxunan: Manaf Ağayev: “Söyülməyən müğənni qalmayıb” – VİDEO 
148160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yaşım az deyil, çox məsələlərin şahidi olmuşam. Hər zaman bir məsəl çəkirəm. Deyirəm ki, bir qanlı hadisə olardı, oraya isə mərhum müğənni Məmmədbağır Bağırzadəni aparardılar, söhbət bağlanardı. Çünki eldə ona çox böyük hörmət var idi. Məmmədbağırın timsalında digər müğənni rayona toya gələrdi, hamı onu canlı görmək üçün yığışardı. Tamaşaçılarda sənətə və müğənniyə sevgi vardı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “7 canlı” axşam şousunda deyib. 

Sənətçi bildirib ki, söyülməyən müğənni qalmayıb: 

“İndi isə hər şey dəyişilib. Ağlıma gəlmir ki, söyülməyən müğənni olmasın. Söyülməyən müğənni qalmayıb. Gör, zamanə nə qədər dəyişib. Bunun da əsas səbəbi ilk növbədə sosial şəbəkələrdir. Əvvəllər sosial şəbəkələr yox idi. Bəlkə də olsaydı, indidən daha betər olardı.
Heç bu qədər efirlər yox idi. Bir tək AzTV vardı, oranın efirinə çıxmaq üçün isə hər insanın başı üçün deyildi. Üç-dörd müğənni var idi ki, onlar AzTV-nin efirinə çıxa bilirdi. O zamanlar hər şey fərqli idi”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO