Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinə yeni TƏYİNAT - ÖZƏL - FOTO

Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinə yeni TƏYİNAT - ÖZƏL - FOTO

Hazırda oxunan: Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinə yeni TƏYİNAT - ÖZƏL - FOTO
145913
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki-Zaqatala Regional Gənclər və İdman Nazirliyinində yeni təyinat olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Ramiz Mahmudov Oğuz rayonunda doğulub. O, 2 nömrəli Oğuz şəhər tam orta məktəbini bitirib. 1994-99-cu illərdə Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda təhsil alıb. Ailəlidir. 
Ramiz Mahmudov son illər Oğuzda gənclərin idmana aktiv cəlb edilməsi, rayonda müxtəlif Respublika səviyyəli yarışların təşkilində aktiv iştirak edib.  

Qeyd edək ki, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi mərkəz olaraq Qəbələ rayonunda yerləşir.

Regional idarə Qəbələ ilə yanaşı Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edir.

Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinə yeni TƏYİNAT - ÖZƏL - FOTO - foto 1
Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinə yeni TƏYİNAT - ÖZƏL - FOTO - foto 2

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO