Şuşa şəhərinin Baş planı ilə bağlı rəsmi AÇIQLAMA

Şuşa şəhərinin Baş planı ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Şuşa şəhərinin Baş planı ilə bağlı rəsmi AÇIQLAMA

144675

"Şuşa şəhəri Azərbaycan memarlığının ən gözəl örnəklərindəndir. Bu tarixi şəhərin memarlıq simasının yenidən qurulması, tarixi-mədəni irsinin qorunub saxlanılması üçün xüsusi tələblər irəli sürülməlidir".

Bizim.Media xəbər verir ki, bu fikirləri memar Vaqif Hüseynov səsləndirib.

O, qeyd edib ki, Şuşanın ermənilər tərəfindən işğalı illərində muzeylər, mədəniyyət klubları, kitabxanalar, uşaq musiqi məktəbləri, Dövlət Rəsm Qalereyası, dram teatrı kimi çoxsaylı memarlıq nümunələri dağıdılıb:

“Bu baxımdan Şuşa şəhərinin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. 

Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq. Təqdim olunan Baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. 

Baş planda şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur. Şəhərdə 25 min sakinin yerləşməsi planlaşdırılır. Bütün kommunikasiyalar və infrastruktur obyektləri də 25 min əhali üçün hesablanıb”.

V.Hüseynov Baş planın hazırlanması zamanı Şuşa şəhərinin turizm potensialının da nəzərə alındığını vurğulayıb: 

"Bu ərazilərdə təbii şərait, yerli ənənə, yerli əhalinin xarakterik xüsusiyyətləri, əsas məşğuliyyət həvəsi, ekologiyanın ciddi surətdə qorunması və digər məsələlər də xüsusi əhəmiyyət kəsb edir. 

Hər bir şəhərin, kəndin infrastrukturunun bərpası üçün təcrübəli mütəxəssislər dəvət olunmalı, onlar Baş planın müəllifləri ilə layihələrin işlənib həyata keçirilməsinə nəzarət etməlidirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO