Renat Dadaşovdan məhsuldar ÖTÜRMƏ

Renat Dadaşovdan məhsuldar ÖTÜRMƏ

Hazırda oxunan: Renat Dadaşovdan məhsuldar ÖTÜRMƏ
138075
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə İsveçrə çempionatında 35-ci turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Sankt-Qallen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+3-cü dəqiqədə əvəzlənib. Komandasının 3-cü dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini Dadaşov verib. 

31-ci dəqiqədə azərbaycanlı futbolçu da qol vurub, amma bu, qayda pozuntusu səbəbindən VAR tərəfindən ləğv olunub. 30-cu dəqiqədə isə Dadaşov sarı vərəqə ilə cəzalanıb.
“Qrasshopper” hazırda 44 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO