Zakir Həsənov və Hulusi Akar

Zakir Həsənov və Hulusi Akar "Anadolu Qartalı-2023" təlimlərini izləyiblər

Hazırda oxunan: Zakir Həsənov və Hulusi Akar "Anadolu Qartalı-2023" təlimlərini izləyiblər
135462
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar qardaş ölkənin Konya şəhərində keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimlərini izləyiblər. 

Bizim.Media xəbər verir ki, H.Akar həmkarını Hərbi Hava Qüvvələrinin qərargahında qarşılayıb. 

Onlar “Anadolu Qartalı” Tədris Mərkəzində fəxri qarovulun önündən keçiblər və şəxsi heyəti salamlayıblar. Daha sonra xatirə şəkli çəkdirilib. 

Brifinqdən sonra təlim çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib. 

Z.Həsənov, H.Akar və digər qonaqlar təlimlərin əsas mərhələsini izləyiblər. 

Xatırladaq ki, Z.Həsənov Türkiyədə səfərdədir. 

Qeyd edək ki, “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri aprelin 27-də başlayıb. 

Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təlimə cəlb olunub. 

Təlimlərdə ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO