Zakir Həsənov Türkiyədə bir çox ölkənin generalları ilə GÖRÜŞDÜ - FOTO

Zakir Həsənov Türkiyədə bir çox ölkənin generalları ilə GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Zakir Həsənov Türkiyədə bir çox ölkənin generalları ilə GÖRÜŞDÜ - FOTO

135440

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov təlim çərçivəsində keçiriləcək "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.
"Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO