
- A-
- A
- A+
İdman
23:53 / 28.03.2023
Mahir Emreli zədəsini sağaltdı
Hazırda oxunan: Mahir Emreli zədəsini sağaltdı
127716
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin "Konyaspor" klubunda çıxış edən Mahir Emreli zədəsini sağaldıb.
Bizim.Media xəbər verir ki, 25 yaşlı hücumçu zədədən sonrakı bərpa dönəmini artıq geridə qoyub.
Millimizin forvardı tezliklə kollektivlə məşqlərə başlayacaq. Mahirin Super Liqanın 27-ci turunun "Ümraniyespor"la matçında meydanda olacağı gözlənilir.
Mahir Emreli qış fasiləsində Zaqreb "Dinamo"sundan icarə əsasında "Konyaspor"a keçib. O, "ağ-yaşıllar"ın heyətində 2 Super Liqa oyununda meydan çıxıb.
Qeyd edək ki, Mahir Türkiyə Super Liqasının 26-cı turunun "Qalatasaray"la görüşündə (2:1) zədələnmişdi. Hücumçu buna görə millimizin Avro-2024-ün seçmə mərhələsinin Avstriya və İsveçlə matçlarında iştirak edə bilməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































