Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

Hazırda oxunan: Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

124387

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşılayıb

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.

Prezident Egils Levits Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Bizim.Media

 















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO