Vyanada azərbaycanlı fəallar bəyanat qəbul etdilər - Ümumavropa Xocalı aksiyası 

Vyanada azərbaycanlı fəallar bəyanat qəbul etdilər - Ümumavropa Xocalı aksiyası 

Hazırda oxunan: Vyanada azərbaycanlı fəallar bəyanat qəbul etdilər - Ümumavropa Xocalı aksiyası 

122677

Vyanada keçirilən Ümumavropa Xocalı Aksiyasında müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və diaspor fəalları ilə yanaşı, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdıran jurnalistlər, xarici ölkə vətəndaşları çıxış ediblər.

Bizim.Media xəbər verir ki, Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist, Xocalı soyqırımına həsr edilmiş “Sonsuz dəhliz” filminin ssenari müəllifi Riçardas Lapaitis, Niderlanddan təhsil eksperti Henri Van Rens, fotojurnalist Reza Deqati, Bakı-Neapol Assosiasiyasının prezidenti Cüzeppe Kanilyo, britaniyalı jurnalist və ekspert Neil Vatson beynəlxalq ictimaiyyəti Xocalı soyqırımına ədalətli münasibət göstərməyə, insanlığa qarşı ən qatı cinayətlər sırasında yer alan bu soyqırımı tanımağa çağırıblar.

Sonra Ümumavropa Xocalı Aksiyasının iştirakçıları Xocalı soyqırımına beynəlxalq hüquqla qiymət verilməsi və tanınması üçün dünya ictimaiyyətinə bəyanat qəbul ediblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO