Naxçıvanda aparılan yoxlamalar başa çatmayıb - Palata sədri

Naxçıvanda aparılan yoxlamalar başa çatmayıb - Palata sədri

Hazırda oxunan: Naxçıvanda aparılan yoxlamalar başa çatmayıb - Palata sədri

121965

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasında apardığı yoxlamalar hələlik başa çatmayıb. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, hazırda Palatanın Naxçıvandakı bir qurumda yoxlamaları davam edir. Yoxlamalar bitəndən sonra onun nəticələri barədə geniş məlumat veriləcək”, - deyə Vüqar Gülməmmədov əlavə edib.

Qeyd edək ki, fevralın 15-dən Hesablama Palatası tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanında maliyyə yoxlaması aparıldığı bildirilmişdi. Hava limanının direktor müavini Rafael İbrahimov açıqlamasında yoxlamaların mart ayının 18-dək davam edəcəyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO