
- A-
- A
- A+
Bakıda ana və azyaşlı qızın itkin düşməsi ilə bağlı AÇIQLAMA – ÖZƏL
Xəbər verdiyimiz kimi, Bakıda ana və azyaşlı qızı itkin düşüb.
Hadisə ilə bağlı DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən açıqlamada bildirilir ki, itkin düşmə il baglı hazırda axtarış aparılır.
MÖVZU İLƏ BAĞLI:
Bakıda gənc ana azyaşlı qızı ilə itkin düşdü
Məlumatda qeyd olunur ki, Ana və azyaşlı qızın getdiyi istiqamət müəyyən olunub:
“Onların tapılması istiqamətində tədbirlər görülür. Hazırda ana və azyaşlı qızın yeri müəyyən olunur. Hadisə ilə bağlı hər hansı kriminal hal yoxdur”.
Qeyd edək ki, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə paytaxtda ana və azyaşlı qızı itkin düşməsi ilə bağlı müraciət daxil olub. Bildirilir ki, Əbilov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Ə.Əliyeva yanvarın 16-da saat 14 radələrində azyaşlı qızı ilə birgə yaşadığı evi tərk edib və geri qayıtmayıb. Ana və qızının fotoları və xarakterik əlamətləri polisə təqdim edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































