“Qarabağ” “Tondela”nın futbolçusu ilə razılığa gəldi

Hazırda oxunan: “Qarabağ” “Tondela”nın futbolçusu ilə razılığa gəldi

113563

“Qarabağ” klubu daha bir futbolçunu transfer etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Tondela” klubunun yarımmüdafiəçisi Telmu Arkanju ilə razılığa gəlib.

21 yaşlı oyunçunun şəxsi razılığını alan çempion hazırda “Tondela” ilə transfer qiymətini müzakirə edir. Məsələ ondadır ki, poruqaliyalılar ilkin olaraq Arkanjuya görə 1 milyon 500 min avro tələb edirdilər. Ancaq “Qarabağ” bu məbləğin aşağı salınmasına çalışır.
Klublar arasındakı danışıqlarda irəliləyiş var və ciddi problem olmazsa, “Qarabağ” yaxın günlərdə Arkanjinin də keçidini həll edəcək.

Qeyd edək ki, əslən Kapo Verdedən olan futbolçu həm cinahda, həm də mərkəzdə oynaya bilir. “Osais” klubunu yetirməsi olan Arkanji “Sportinq” və “Belenenseş”də də oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO