
- A-
- A
- A+
Cəmiyyət
04:51 / 07.11.2022
1 dəq oxunma
Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb oldu - FOTO
Hazırda oxunan: Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb oldu - FOTO
103127
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Avtomobil hərəkətdə olarkən qarşısına at çıxıb. Hadisə bu gün axşam saatlarında Oğuzun Calut kəndi ərazisində qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 51 yaşlı Oğuz sakini Tərlan Hümmətovun idarə etdiyi “KİA” markalı avtomobilin qarşısına qəflətən çıxıb. Nəticədə at maşına çırpılıb.
Qəza nəticəsində “KİA”nın sərnişini 62 yaşlı Mahirə Məsimova aldığı müxtəlif xəsarətlərlə Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
At isə zərbənin gücündən hadisə yerində tələf olub.
Faktla bağlı araşdırma başlanılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































