
- A-
- A
- A+
Siyəzəndə qəza törədib uzaqlaşan "Mercedes" axtarılır - TƏFƏRRÜAT - FOTO
Bakı-Quba yolunun 112 -ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində Xaçmaza sərnişin aparan "Toyota Prius "markalı avtomobilin aşmasının təfərrüatları məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı sakini, 32 yaşlı Emil Mahmudov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Xaçmaz istiqamətinə gedərkən hələlik sürücüsünün adı bilinməyən "Mercedes" markalı avtomobil onu vurub və “Prius” aşıb.
Nəticədə "Toyota"da olan sərnişin, Xaçmaz sakini Gülyar Dadaşov xəstəxanaya çatdırılıb.
Hazırda yol polisləri qəza törədən və hadisə yerindən uzaqlaşan "Mercedes"in tapılması istuqamətində iş aparılır.
Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































