“Biznesmen-deputatlar bazarda oturub kartoflarını satmalıdır”x9d
“Kiminsə haqqında siyasi
sifariş olanda, Əli İnsanov kimi illərlə həbsxanada yatmalı olur”x9d
Sərdar Cəlaloğlu: “Fazil
Mustafanın məntiqi ilə yanaşsaq, zorlama da, qatillik də leqallaşdırılmalıdır”x9d
ADP
sədri Sərdar Cəlaloğlu ölkə gündəmi ilə bağlı “Hürriyyət”x9d qəzetinə müsahibə
verib. Moderator.az həmin müsahibənin ikinci hissəsini oxuculara təqdim edirik.
Əvvəli burda: //moderator.az/index.php?xeber=80698
-Yəni baş verən proseslərdə
siyasi sifariş amili mövcud olmayıb?
-Xeyr.
Həqiqət bundan ibarətdir ki, Azərbaycan iqtidarı öz daxilində siyasi müxalifəti
olmayan iqtidardır. Təkpartiyalı siyasi sistemdə iqtidardaxili müxalifət ola
bilməz. İ.Əliyev özü bəyan edib ki, bu şəxsləri işə sərəncam verib mən götürürəm,
yenə də sərəncam verib mən azad edirəm. Belə bir sistemdə iş adamlarının dövlətdən
asılılığı mütləqdir. Dövlət bu şəxslərə imkan yaradır ki, banklardan külli
miqdarda pul götürsün. Mən gedib bankdan 5 manat pul istəsəm mənə verməzlər. 50
min sənəd istəyərlər. Amma bəziləri milyonlarla pulu çox asanlıqla götürə
bilir. Çünki bankdakı onun qohumudur. Banka təqdim edilən sənədlər, zəmanətlər
hamısı saxta və əsassızdır. Hökumətdəki əlaqələri ilə Nazirlər Kabinetindən çox
asanlıqla lazımi sənədlər alırlar. Azərbaycanda biznes və siyasət iç-içə girib.
Yəni bu ölkədə ayrıca biznes və ayrıca siyasət mövcud deyil. İstintaqa cəlb
edilən sahibkarların siyahısına baxsanız görərsiniz ki, onları ailə üzvləri,
yaxın qohumları hakimiyyətdə ən yüksək vəzifələrdə təmsil olunur. Azərbaycan
kimi məmləkətdə kim inanar ki, bir qardaş dövlət komitəsinin rəhbəri olsun, digər
qardaşı isə həbs etsinlər? Axı bu, mümkün olan iş deyil. Siyasətlə biznesin
bacı-qardaş olduğu Azərbaycanda siyasi dəstəksiz iş adamı olmaq mümkün deyil.
-Azərbaycan reallığının
daha hansı qəribəlikləri mövcuddur?
-Bu
cür qəribəliklər yetərincədir. Məsələn, bazar iqtisadiyyatının əsas əlamətlərindən
biri gəlirlərin paradoksal yerdəyişməsidir. Sosialimz iqtisadiyyatı planlı
iqtisadiyyat idi. Kapitalizm iqtisadiyyatı isə plansız iqtisadiyyatdır və buna
görə də qanunauyğun böhranlar dövrü keçirir. Iqtisadiyyatda təxminən 10-na
yaxın bu cür böhranlar olub. 100 illik, 50 illik, 5 illik və s. böhranlar var.
İstehlak, istehsal və s. kimi böhranlar da mövcuddur. Böhranların zəruri olaraq
baş vermə səbəbi və müddəti var. Böhran olanda varlı insnalar kasıblaşırlar. Zərbə
iş adamlarına, onların biznesinə və s. dəyir. Kasıb adamların isə bəlli bir
qismi müəyyən işbazlıqla varlanır, bəzən milyonerə çevrilirlər. Buna gəlirlərin
paradoksal yerdəyişməsi deyilir. Buna görə də cəmiyyət azad olur. Hər kəs bilir
ki, heç kim əbədi olaraq milyoner deyil. Azərbaycanda isə əksinədir. Qlobal
böhran baş verir. Iş adamları daha da varlanır, aşağı təbəqədəıki insanlar isə
getdikcə daha da kasıblaşırlar. Azərbaycanda gəlirlərin paradoksal yerdəyişməsi
olmur. Əksinə, gəlirlərin nəzarətli, planlı şəkildə bölüşdürülməsi inkişaf
edir. Bu isə ifrat qütbləşmə əmələ gətirir. Səbəb isə bizneslə siyasətin birləşməsidir.
Azərbaycanda siyasi dəstəksiz biznes, biznessiz isə siyasət yoxdur.
Deputatların,
məhkəmələrin əksəriyyəti bizneslə məşğuldur. Ali Məhkəmədən dəfələrlə hakimləri
çıxarıblar, prokurorları işdən azad ediblər və s. Lakin bu gün də hara
baxsanız, hansı bara, restorana, kafeyə üz tutsanız onun arxasındna ya bir
polis rəisi, ya bir prokuror, ya bir məhkəmə sədir, ya bir nazir, ya bir
deputat çıxacaq. Hansı ki, Azərbaycan qanunları bunların bizneslə məşğul
olmasını qadağan edir. Onların bir çoxu isə bu biznesi yaxın qohumlarının adına
keçiriblər. Özləri hakimiyyətdədilər, hakimiyyətdən asılı olan müəyyən şərtləri
yerinə yetirirlər, aşağıda isə öz cinayət
əməllərini həyata keçirirlər. Azərbaycanda biznesdə ən çox adı hallanana
adamlar siyasi dəstəyə malik şəxslərdir. Bu baxımdan düşünmürəm ki, qeyd
etdiyiniz məsələlər siyasi sifariş əsasında həyata keçirilib.
-O zaman sahibkarların birdən-birə
həbs edilməsi nə ilə bağlıdır? Doğrudanmı ortadakı bunca qanunsuzluqlar birdən-birə
fərq edildi və hökumət bu qanunsuzluqlarla mübarizənin zəruriliyini yalnız indi
dərk etdi?
-Görünür,
burda iki səbəb var. Birincisi, ola bilsin ki, burada Rusiya faktoru daha böyük
rol oynayıb. Bildiyiniz kimi, həbs edilən, istintaqa çağırılan bəzi şəxslər
Rusiya bankından külli miqdarda pul götürüb. Mənim məlumatıma görə, Rusiyadakı
həmin bank bilavasiya Putinin himayəsindədir. Onlar bununla həmin banka çox
böyük ziyan vurublar. O bankın tələbi əsasında bu həbslər reallaşıb. Həmin bank
tələb edib ki, ona vurulan ziyan ödənilsin. Yəni bu həbslər Rusiyanın təkidi ilə
reallaşıb. Rusiya təkid etsə bunlar öz qardaşlarını da həbs edərlər. Burda
mübahisəli heç nə yoxdur.
İkinci
səbəb isə bu ola bilər ki, bu adamlar dövlətin iqtisadi həyatı üçün həqiqətən də
təhlükəli bir vəziyyət formalaşdırıb. Hakimiyyət nə qədər korrupsiyaya uğrasa
da, dövləti müəyyən maliyyə vəsaiti hesabına idarə etməyə, müəyyən sahələrə
müntəzəm vəsait ayırmağa məcburdur. Orduya pul ayrılmalı, həkimlərin, müəllimlərin
maaşları verilməlidir və s. Lakin büdcədən pulu tamamilə oğurlayıblarsa, o
zaman hakimiyyət xalq üçün nəzərdə tutulan cüzi vəsaiti də xalqa çatdıra
bilmir. Belə olan halda ya hakimiyyət getməli, yaxud xalqla üz-üzə qalmalıdır. Ya
da bu adamları məcbur etməlidir ki, götürdükləri pulları geri qaytarsınlar. Hər
iki variant baş verən proseslərdə iqtidardaxili siyasi qruplaşmaların rolunun
olmadığını təsdiq edir. Bu adamların qısa müddət ərzində azad edilməsi də göstərdi
ki, doğrudan da bu məsələdə siyasi sifariş yoxdur. Çünki siyasi sifariş olanda
Əli İnsanov kimi gedib illərlə həbsxanada yatmalı olursan.
-Bugünlərdə millət vəkili
Fazil Mustafa belə bir təkliflə çıxış edib ki, məmurlara bizneslə məşğul olmağa
icazə verilsin. O, qeyd edib ki, onsuz da məmurlar biznes fəaliyyəti ilə məşğuldurlar
və hüquq bu məsələdə acizdir. Sizcə belə bir vəziyyətdə hüququ daha güclü etmək
gərəkir, yoxsa qeyri-qanuni hallara azadlıq vermək?
-Bu,
əsla qəbuledilməz bir şeydir. Onda yaxşı olar ki, bütün cinayətkarlıq
leqallaşdırılsın. Məsələn, adamöldürmə, oğurluq, qulurluq və s-yə icazə
verilsin. Çünki hökumət, mövcud qanunvericilik bu halların da öhdəsindən gələ
bilmir. Əgər bir cinayətin, qanun pozuntusunun qarşısını almaq mümkün deyilsə və
buna görə qanun dəyişdirilirsə, o zaman Cinayət Prosessual Məcəlləsinin bütün
maddələri dəyişdirilməlidir. Kim kimi istəyir zorlasın, kim kimi istəyir
öldürsün, əmlakını əlindən alsın və s. Onsuz da qanun bunların öhdəsindən gələ
bilmir. Belə yanaşma olar? Bu, tamamilə yanlış bir şeydir. Adamdan soruşarlar
ki, sən niyə bu qanunun işləməsinin qarşısını alan hallarla mübarizə
aparmırsan? Niyə Amerikada, Avropada bir məmurun bizneslə məğul olmasına icazə
verilmir? Məgər onlar buna icazə verə bilməz? Əgər sənin gücün çatmırsa, kənara
dur, qoy gücü çatan gəlib problemi həll eləsin. Əgər siz idarəçiliyi həyata
keçirə bilmirsinizsə, bacarmırsınızsa, o zaman qanunları niyə dəyişirsiniz ki? Azərbaycanda
zəif bir iqtidar olsa və qanunlar işləməsə, bu, qanunları, konstitusiyanı ləğv
eləmək üçün əsas sayılmalıdır? Sovet dönəmində qanunvericiliyə zidd olaraq
bizneslə məşğul olan adamlar var idi. Onların hamısını məhkəməyə cəlb edir, həbs
edir və ya güllələyirdilər. Sovetlər niyə qanunu dəyişmirdi ki? Onda gərək
onlar da qanunu dəyişib bu cür hallara icazə verərdi. Nə qədər insan cinayətinin
üstü açılanda özünü öldürürdü.
Qanunları
sərtləşdirmək lazımdır. Əgər seçklər azad və dempokratik keçirilərsə, F.
Mustafanın dediyi hallar da olmaz. Azərbaycanda bizneslə siyasət iç-içə olduğu
üçün həmin iş adamları gedib deputat olurlar və sonra da sadəcə öz bizneslərinin
idarə edilməsi ilə məşğul olurlar. Çünki qeyri-qanuni olaraq parlamentdə,
hakimiyyətdə təmsil olunur və əldə etdikləri səlahiyyətdən öz bizneslərinin
toxunulmazlığı və genişləndirilməsi üçün istifadə edirlər. Buna görə də bir çox
biznesmenlər çox böyük pullar verib deputat mandatını alırlar.
-Deməli, hesab edirsiniz
ki, problemin həlli azad və demokratik seçkidən keçir?
-Bəli.
Əgər Azərbaycanda F.Mustafanın dediyi problem varsa, o zaman azad seçki keçirmək
lazımdır. Heç bir biznes fəaliyyəti ilə məşğul olmayan, ancaq siyasətlə
maraqlanan insanlar parlamentdə oturmalıdır. O insanlar ki, deputat olsalar da
deputatlıq qabiliyyətləri yoxdur, deputatlıqla yox biznesləri ilə məşğuldurlar,
onların həmin kresloda oturmaq haqları yoxdur. Qoy onlar bazarlarda oturub
kartoşkalarını satsınlar. Deməli, əvvəlcə bazarda kartof satasan, pul yığasan və
sonra da həmin pulu rüşvət verib mandat alasan, daha sonra parlamentdə oturub
yenə də kartoşka satmaqda davam edəsən? Sonra isə qanunları dəyişmək haqqında
düşünəsən? Qanunu dəyişəsən və bu adam həm parlamentdə oturmaq, həm də kartov
satmaq hüququ əldə etsin? Belə şey olar? Bu, dövlətçilik şüurudur?
Bunun
özü göstərir ki, Azərbaycanda hakimiyyət nəzarət mexanizminə malik deyil.
Seymur Əliyev




































































































