“Azərbaycandakı iş adamlarının 99%-i kriminal elementlərdir”x9d

“Azərbaycandakı iş adamlarının 99%-i kriminal elementlərdir”x9d

Hazırda oxunan: “Azərbaycandakı iş adamlarının 99%-i kriminal elementlərdir”x9d

80698

Sərdar Cəlaloğlu: “Azərbaycanda hansısa dövlət başçısına nə isə olsa böyük skandal baş verəcək”x9d

 

ADP sədri Sərdar Cəlaloğlu ölkə gündəmi ilə bağlı “Hürriyyət”x9d qəzetinə müsahibə verib. Moderator.az həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

 

-I Avropa Oyunları ilə bağlı ciddi təhlükəsizlik tədbirləri görülməkdədir. Sizcə bu oyunlar zamanı Azərbaycana qonşu olan dövlətlərdən hansının ölkəmizdə terror həyata keçirməsi ehtimalı daha böyükdür?

 

-Bu cür böyük tədbirlər keçirilən zaman qəza və bədbəxt hadisələrin baş vermə riski artır. Əgər Azərbaycana birdən-birə kənardan 50-100 min insan gəlirsə və mövcud təhlükəsizlik sistemi bu insanları da əhatəyə alırsa, o zaman sistemin özündə gərginlik meydana çıxır. Çünki polis və digər güc orqanları nəzərdə tutulandan, adi vaxtdakındna daha çox insana nəzarət etmək məcburiyyəti ilə üzləşir.

Bundan başqa, təcrübə göstərir ki, bəzən dövlətləri nüfuzdan salmaq üçün, dövlətə təzyiq göstərmək üçün bu cür hadisələr zamanı terror həyata keçirirlər. Müəyyən radikal qüvvələr var ki, onların da bu cür terror həyata keçirməsi mümkündür. Indiki halda isə hər hansı bir dövlətin Azərbaycanda terror aktı həyata keçirəcəyi ilə bağlı hansısa ehtimal və güman səsləndirmək doğru deyil. Amma biz bilirik ki, İŞİD kimi, Əl-Qaidə kimi terror təşkilatları var ki, onları hər hansı bir dövlət idarə eləmir. Onlar müstəqil qruplardır və öz ideologiyalarına görə hərəkət edirlər. Bu cür qüvvələrin terrora cəhd etməsi mümkündür. Vəziyyəti real olaraq qiymətləndirsək görərik ki, Azərbaycanda Ermənistanın terror törətməsi şansı daha böyükdür. Bunu da biz praktikaya görə iddia edirik. Praktika göstərir ki, Azərbaycanda iki dəfə metro partladılıb, bir dəfə avtobus partladılıb, Neft Akademiyasına silahlı basqın olub və s. Bütün bu hadisələrin arxasında isə Ermənistan, o cümlədən Rusiyanın müəyyən dairələri dayanıb. Bu həqiqət Azərbaycanda hər kəsə məlumdur. Azərbaycanda terror aktı həyata keçirən ermənilərin Rusiya ilə müəyyən əlaqə və bağlantıları olub. Azərbaycan hakimiyyəti bunu açıq şəkildə ortaya qoymasa da, biz Azərbaycan müxalifəti olaraq bilirik ki, bu hadisələrdə Rusiyanın da iştirakı olub. Rusiya özü də bilavasitə Azərbaycanda terror aktı törədib. Yeltsinin dönəmində Azərbaycanda 6 nəfər rus həbs edilmişdi. Onlar Ağdamda hərbi hissəni partlatmışdılar. Nəticədə 200-ə yaxın Azərbaycan əsgəri ölmüşdü. Hadisəni törədən ruslara ölüm cəzası verilmişdi. Amma Heydər Əliyev Yeltsinin tələbi ilə onları Rusiyaya verdi. 1998-ci ildə məni terrorizm iddiası ilə tutmuşdular. Guya ki, mən ABŞ səfirliyini partlatmağı planlaşdırmışam. Sonradan məlum oldu ki, Əl-Qaidə Azərbaycanda ABŞ səfirliyinə qarşı belə bir əməliyyat planlaşdırıb.

 

-Azərbaycanda terror riskini artıran hansı amillər var?

 

-Azərbaycanda terror riskini artıran amillərdən biri də onun tranzit bir ölkə olması ilə bağlıdır. Terrorun inkişaf etdiyi ölkələrdən Avropaya, Rusiyaya gedən yolların çoxu Azərbaycandan keçir. Əfaqanıstan, İran və s. kimi ölkələrdən də sadalanan istiqamətdə yollar ölkəmizdən keçir. Azərbaycanda terror qruplarına kifayət qədər yaxın olan insanlar var.  Bu gün İŞİD sıralarında 200 nəfər Azərbaycanlı vuruşur. Əl-Qaidə sıralarında da xeyli azərbaycanlı var. Dini radikalizmin inkişafı da Azərbaycanda terror riskini artırır.

Bundan başqa, Azərbaycana qarşı düşmən siyasəti aparan ölkələr var. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycan dövləti və Azərbaycan xalqına müəyyən bir nüfuz gətirəcəksə, müəyyən qüvvələr buna qısqanclıqla yanaşıb bu uğuru heçə endirmək üçün müəyyən hadisələr törədə bilər. Bir daha deyirəm ki, daha ciddi təhlükə yenə də Ermənistandan gəlir. Amma hər hansı bir dövlətin adını çəkməklə başqa təhlükəli qüvvələri diqqətdən kənarda saxlaya bilərik. Bu baxımdan biz hər hansı bir dövlətin adını çəkmədən təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd etməliyik.

 

-Bəzi ekspertlər hesab edir ki, Azərbaycan I Avropa Oyunlarının təhlükəsizliyini təmin etmək üçün qabaqcıl Qərb dövlətlərindən yardım almalı, onların təhlükəsizlik xidməti əməkdaşlarının təcrübəsindən faydalanmalıdır. Necə hesab edirsiniz, doğrudanmı Azərbaycan təkbaşına bu tədbirin təhlükəsizliyini təmin etmək iqtidarında deyil?

 

-Bu məsələdə də biz dünya təcrübəsini nəzərə almalıyıq. Baxın, dünyanın hər hansı bir ölkəsində böyük tədbirlər, məsələn, olimpiyada oyunları keçirilən zaman həmin ölkəyə başqa ölkələrdən təhlükəsizliyin təmini məqsədi ilə kifayət qədər dəstək verilir. Soçidə keçirilən olimpiyada zamanı təkcə ABŞ-dan 5 min nəfərə qədər təhlükəsizlik əməkdaşı hər hansı bir arzuedilməz olayın baş verməsini önləmək üçün prosesə cəlb edilmişdi. Çünki bu tədbirlərdə yalnız idmançılar deyil, dövlət və hökumət rəhbərləri, eləcə də yüz minlərlə insan iştirak edir. Biz ADP olaraq bir il bundan qabaq Azərbaycan dövlətinə müraciət edərək bildirmişdik ki, bu oyunların təhlükəsizliyini yüksək səviyyədə təmin etmək məqsədi ilə Avropa və Amerikadan dəstək alınsın. Biz bu məsələdə yalnız İsraili istisna etmişdik. Çünki İsrail qüvvələrin Azərbaycandakı oyunların təhlükəsizliyinə cəlb edilməsi İranı həddindən artıq qıcıqlandıra bilər. Amma Avropa və ABŞ-ın özü də bu oyunlarda iştirak etdiyinə görə, həmin ölkələrin təhlükəsizlik xidmətinin

əməkdaşlarının oyunların insidentsiz keçməsi prosesinə cəlb edilməsində heç bir problem yoxdur. Biz bu təkliflə çıxış etmişdik və həmin qüvvələrin təhlükəsizlik prosesinə cəlb edilməsini təklif etmişdik. Burada hər hansı bir qəbahət yoxdur. Əgər Rusiya belə bir addım atırsa, Avropa dövlətləri bu cür tədbirlərdə digər ölkələrdən yardım alırsa, o zaman Azərbaycan niyə xarici ölkələrin təhlükəsizlik xidməti əməkdaşlaırnı dəvət etməməlidir ki?

 

-Madam ki, Azərbaycanda keçirilən bu tədbirin təhlükəsizliyini Azərbaycan güc orqanları ilə yanaşı, həm də digər ölkələrin xüsusi xidmət orqanları qoruyacaq, o zaman DİN, MTN kimi institutların saxlanılmasına bunca vəsait sərf etmək, bu qurumların ixtiyarında bunca canlı qüvvə toplamaq nəyə lazımdır? Habelə, xarici xüsusi xidmət orqanlarının Bakıda keçirilən oyunların təhlükəsizliyini təmin etməsi Azərbaycanın güc və imicinə mənfi təsir göstərməyəcəkmi?

 

-Bu, Azərbaycan dövlətinin zəifliyini göstərmir. Əksinə, Azərbaycanın məsuliyyət hissini göstərir. Bu, məsuliyyəti bölüşmək deməkdir. Əgər təhlükəsizliyi yalnız Azərbaycan təmin etsə və sabah bir hadisə olsa, bütün günah yalnız Azərbaycanın üzərinə düşəcək. Amma ABŞ və Avropanın da təhlükəsizlik qüvvələri prosesdə iştirak etsə, bir hadisə baş versə, o zaman məntiqlə belə çıxacaq ki, bu, elə bir hadisə imiş ki, bunun qarşısını dünyanın  heç bir təhlükəsizlik qüvvəsi ala bilməzmiş. Bu baxımdan Azərbaycan bu oyunlara başqa ölkələrin də təhlükəsizlik qüvvələrini dəvət etməli idi. Bilmirəm, bəlkə də dəvət ediblər. Bu barədə dəqiq məlumatım yoxdur. Amma biz bir il bundan qabaq bu barədə məsələ qaldırmışdıq. Hansısa dövlət başçısı və ya hökumət nümayəndəsinin başına Azərbaycanda nə isə gələrsə, bu, dünya miqyasında bir skandala səbəb olacaq. Azərbaycan kiçik bir dövlətdir və keçirdiyi tədbir onun boyunu aşır. Yalnız Azərbaycan deyil, heç bir dövlət təkbaşına bu cür oyunların təhlükəsizliyini ideal şəkildə təmin edə bilməz.

 

-Bir müddət bundan öncə ölkənin tanınmış sahibkarlarının bir qismi həbs edildi, bəlli bir qismi isə istintaqa ifadə verəndən sonra azad edildi. Sizcə sahibkarların qəfil həbsi nə ilə bağlı idi? Proseslərin arxasında hər hansı siyasi sifariş və qərarın olması mümkündürmü?

 

-Azərbaycanda klassik mənada iş adamı yoxdur. Azərbaycandakı iş adamlarının, sahibkarlaırn 99%-i kriminal elementlərdir. Baş verən son hadisələr də bunu sübut etdi. Onların əslində heç bir kapitalı olmayıb. Hacı İbrahimin özünə nəzər salaq. O, sovet dönəmində 1 milyard kredit götürmüşdü. Pul devalvasiya etdi və götürdüyü pulun qarşılığında sadəcə 10 min məbləğində pul qaytardı. Həmin 1 milyard hesabına isə Azərbaycanda artıq xeyli sayda torpaq və mülk almışdı. Indi də pulun dəyərdən düşəcəyini qabaqcadan bildikləri üçün öncədən banklardan milyardlarla manata məbləğində pul çıxarıblar. Məqsəd də o idi ki, pul öləndən sonra aldıqları pulun əvəzində qəpik-quruş qaytarmaqla bu pula yiyələnsinlər. Sadəcə, banklar biclik işlətdi. Sovet hökumətindən fərqli olaraq indeksasiya siyasəti həyata keçirmədilər. Köhnə qiymətlə pulların qaytarılmasını tələb etdilər. Belə olanda isə pul götürənlər pis vəziyyətdə qaldılar. Yoxsa bunlar hesablamışdılar ki, sovet hökuməti dağılan ərəfədə olduğu kimi pul öləcək, tutaq ki, 6 milyard götürüblərsə 60 manat qaytarmaqla məsələ bitəcək. Lakin indi onlara deyirlər ki, siz bu pulu dolların məzənnəsinə uyğun şəkildə qaytarmalısınız. Onların isə bu pulu qaytarmaq imkanı yoxdur. Çünki onlar bu pulu dağıdıblar. Məsələn, Hafka 60 milyon verib bir idmançı alıb, Hacı İbrahim gedib Xəzərdə ağılsız bir layihəyə milyonlarla manat vəsait xərcləyib, başqa birisi bu pulu kefə xərcləyib, digəri xaricdə özünə mülk alıb və s. Ümidləri isə bu olub ki, pul öləndən sonra onların banklara olan borcu ölmüş pulla qaytarılacaq və heç bir problemlə üzləşməyəcəklər. Hökumət isə dolların kursuna uyğun olaraq pullarınq aytarılmasını tələb etdi. Ona görə də birdən-birə bu şəxslərlə bağlı nəhəng borclar meydana çıxdı. Əvvəl 100 dolar verib 80 manat alıbsa, indi həmin 100 dolların əvəzinə 100 manat qaytarmalıdır. Onlar isə aldıqları hər 100 dollara görə tutaq ki, 3 manat qaytarmağı nəzərdə tutmuşdu. Indi isə əksinə, 100 manat qaytarmaq məcburiyyəti ilə üzləşiblər. Banklara 30% artıq pul qaytarmaq öhdəlikləri yaranıb. Onlar bu öhdəliklərin öhdəsindən gələ bilmədilər. Adi vətəndaşlar da bu məsələdə çox böyük əziyyət çəkdilər. Indeksasiya siyasəti aparılmadı, əmək haqqı sabit qaldı. Pulun ölməsinin doğurduğu faizi vətəndaşlar öz ciblərindən ödəməli oldular. İş adamları da o cümlədən.

 

-Yəni baş verən proseslərdə siyasi sifariş amili mövcud olmayıb?

 

Ardı var

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO