"Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olmasa..."

Hazırda oxunan: "Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olmasa..."

67382

Moderator.az-ın müsahibi Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevdir.

 

ABŞ  bir neçə dövlətdə hakimiyyət dəyşiriklərinə nail olub, son zamanlar  Azərbaycanla bağlı Amerikada narahatçılıq açıq müşahidə edilməkdədir.  Sizin fikirinizcə  nə gözlənilir?

 

- Mən ABŞ-ın xarıcı dövlətlərdə necə dövlət çevrişləri həyata keçirməsindən, metod və üsullardan danışım, sonra bu sullarınıza aydınlıq gətirərəm. Hər hansı bir dövlətdə ABŞ-ın iqtisadi, siyasi maraqları təmin olunmursa o halda Amerika rəsmilərinin razılığı əsasında səfirlik və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) müvafiq sturukturları təsdiqlənmiş plan əsasında birgə hərəkətə keçirlər. Onlar arasında vəzifə bölgüləri aparılır  və rəsmi Vaşinqton tərəfindən, yəni bir mərkəzdən idarə edilir. Öncə həmin dövlətin içtimai, siyasi, sosial, iqtisadi, dini, mənəvi, milli tərkibi, xalqın milli ənənəsi və xüsusiyyət və.s öyrənilir, zəif və həssas sahələr dəqiqləşdirilir. Əksər hallarda regiondan asılı olaraq siyasi,  insan haqları və demokratiya problemləri üzərində dayanırlar. Bəzi hallarda kəşfiyyat orqanları tərəfindən süni problemlər yaradılır, sonra həmin problemdən istifadə edərək həmin dövlətə təziq edirlər.  Birinci etap olqraq MKİ-nin nəzdinə fəaliyyət göstərən beynəlxalq QHT-lər (insan haqları, demokratiya, mətbuat, vicdan azadlığı və.s beynalxalq öhtəliklərin pozulması ilə əlaqədar bəhanələr uydurulur) vasitəsi ilə  çevriliş ediləcək dövlətlə bağlı  beynəlxalq içtimayyətdə mənfi fikir formalaşdırılır. Bunun üçün nüfuzlu qəzetlərdə, kütləvi informasiya vasitələrində tənqidi məqalələr və ölkə barədə tanınmış şəxslərin fikirlərini səsləndirirlər. Növbəti etapda hansısa, dinləmələr, beynəlxalq konfranslar, tədbirlər keçirirlər, sanksiyalarla və digər təzyiq  formalı çağrışlar edirlər. Hətta bu kampaniyaya BMT, Avropada fəaliyyət göstərən (ATƏT, AŞ və.s) təşkilatlarda qoşulur. Bu  cür QHT-lər əvvəlcədən  mərkəzin tapşırığına əsasən hazırlanmış qərarları qəbul edirlər, sonra isə  MKİ nəzarətində olan kütləvi-informasiya vasitələlərində (TV, radiolar, qəzetlər, agentliklər, saytlar və.s) və bu təşkilatın təlimatı ilə yerli və xarici  kütləvi-informasiya vasitələridə səsləndirirlər, bu istiqamətdə təbliğat quraraq ceviriliş ediləcək dövlətlə bağlı mənfi fikirlər formalaşdırırlar. Bu cür gedişlər ABŞ-n xarici siyasətinin əsas xəttini təşkil edir. Sonrakı etaplarda ABŞ həmin dövlətdəki səfirliyi və kəşfiyyatın təxrıbatçı qurumları hərəkətə keçir. Belə ki, səfirlik hakim darələrə təzyiq edir  ki, aksiyalara maneçilik olmasın, həmin quruplar ölkədə mitinq, küçə yürüşləri təşkil edən (bunlar siyasi partiyalar, içtimai təşkilatlar, dini təşkilatlar və.s ola bilər) qurumlarla əlaqə yaradılır, aksiyaların təşkilatçılarına maddi, mənəvi, texniki yardımlar edirlər. Bununla yanaşı kəşfiyyat orqanlarının  təxribatçı qurupları  hərəkərə keçirlər,  onlar bir neçə istiqamətdə fəaliyət göstərirlər , birinci qurup aksiya iştirakçıları ilə dövlət qurumları arasında qarşıdurma yaratmağa, digər qurub isə bu qarşıdurmanı içtimayəşdirirlər, başqa bir qurup isə bu qarşıdurmada qan tökülməsinə, mitinq iştirakçılarının kütləvi  ölümü ilə nəticələnən əməliyyatlar həyata keçirirlər.  Bu proses o zamana qədər davam edir ki, həmin dövlətdə xaos yaranır və  dövlətin idarə olunması  itirilir. Bundan sonra ABŞ rəsmiləri hərəkata keçir: konqresmenlər, senatorlar, siyasətçilər və.s qurumların rəsmi bəyanatları səslənir. Bu kampaniyaya ABŞ-ın müttəfiqləri qoşulur, nəhayət həmin dövlətdə  rəngli-rəngsiz inqılablar, öz nəzarət etdikləri  “seçkini”x9d keçirməyə nail olurlar. Nəticədə necə deyərlər,  klassik dövlət çevrilişi edirlər və öz maraqlarına uyğun şəxsi hakimiyətə gətirirlər.

İndi Azərbaycanla bağlı məsələyə aydınlıq gətirək. Bəli prezident İ.Əliyev rəsmi toplantılarda açıq şəkildə bəyan edir  ki, biz xarici siyasətimizdə dəyşiiklik etməyəcəyik, xalqımızın maraqlarına uyğun gələn siyasət yürüdüləcək. Xalqımızın və dövlətimizin marağı tələb edir ki, yaxın  qonşularımızla dostluq münasibəti qurulsun və bu istiqamətdə məqsədyönlü işlərin görülməsi üçün müntəzəm olaraq danışıqlar aparılır. Bu mövqe ABŞ-ın xoşuna gəlmədiyindən tələb edir ki, Azərbaycan Rusiya ilə düşmənçilik siyasəti yeritsin, heç bir siyasi-iqtisadi münasibətlər qurulmasın, qısası, Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulsun.  ABŞ-la  münasibətlərimizin gərginləşməsi Azərbaycan hakimiyyətinin müstəqil siyasət yütütməsidir, amerikalların tələbini  qəbul etməyərək qonşumuz olan  Rusiya ilə yaxınlıq etməyimizdir.  Açığı, ABŞ tərəfinin səsləndirdiyi arqumentlər (insan haqları, mətbuat azadlıqları, demokratiya, siyasi məhbuslar və.s) bəhanədən başqa bir şey deyil. 1994-cü ildən bəri  respublikamız necə idarə edilibsə, elə də idarə olunur, görəsən indi dəyişən nədir.

Belə olan təqdirdə ABŞ  yuxarıda qeyd etdiyim mexanizmiləri işə salmalı olur. Bu günlərdə Amerikada  nüfuzlu QHT-lərin təşəbbüsü ilə Azərbaycanla bağlı keçirilən dinləmələr, ayrı-ayrı tanınmış şəxslərin siyasi fikirləri qeyd etdiyim mexanizimlərin elemetlərindəndir. Burada səslənən fikirlər, verilən təkliflər  MKİ-nin təlimatına uyğun aparılır,  bu cürə tədbirlərin əhatə darəsi genişləndiriləcək, Azərbaycanla əlaqədar  beynəxalq  təşkilatlar qarşısında mənfi rəy formalaşdıracaq.

 

-Sizin fikirinizcə bu tendesiya davam edəcək, bəs hakimiyt buna hazırdırmı?

 

- Hadisələrin təhlil  göstərir ki, Azərbaycan tərəfinin  qurduğu təbliğat kortbii aparılır, yalnız daxili aditoriya üçündür, qarşı tərəfin təbliğatı isə beynəlxalq aditoriyaya hesablanıb. Hələ ki, ABŞ tərəfindən rəsmi dövlət xadimləri açıq şəkildə mövqe bildirmirlər. Belə olan təqdirdə bizim məmurlar niyə belə tələsik, reaksiyalar verirlər. Bir növ Azərbaycanı ABŞ tərəfi siyasi provakasiyaya cəlb edir. Əsilində onların bəyanatlarına, çağrışlarına, mətbuatda səslənən fikirlərə bizim rəsmilərimiz deyil,  QHT-lər, içtimayət nümayəndələri cavab verməli idilər, bununla yanaşı  içtimai reaksiyanın  nümayiş etdirmək məqsədə uyğun olardı. Açıq deyim, hakimiyyətin, siyasi rəhbərlərin deyə bilmədikləri fikirləri QHT-lər deməlidirlər. Çox təsüflər olsun ki, QHT-iərə Dövlət Dəstəyi Şurası  bu məsələdə gözləmə mövqeyi tutur. Bu məsələdə şura içtimai təşkilatlarla birgə fəaliyyət qurmalı, dövlətimizin marağını qorumalıdır. Eyni zamanda  beynəlxalq  içtimai rəyi öz xeyirimizə çevirmək üçün Diaspora Komitəsi  aktiv iş görməlidir, onlar isə bir növ bu işlərdən xəbərsizdirlər, yatmış kimi görünürlər, ya da öz biznesləri ilə məşğuldurlar.  Bəlkə Siz bilirsiniz, komitə ABŞ-ın təzyiqinə adekvat xaricdə diasporanı ayağa qaldıra bilibmi, beynəlxalq içtimayyəti rəyi formalaşdırmaq üçün, hansısa tədbiri həyata keçiribmi, təbliğat aparırlarmı, xüsusi ilə də Rusiyada. Axı bu təziqlər bizim Rusiya ilə münasibətlərimizdən qaynaqlanır.

 

- Yuxarıda qeyd etdiyiniz ssenari olduğu kimi Azərbaycanda həyata keçirilə bilərmi?

 

- Hadisələrin ilkin gedişi göstərir ki, düymə basılıb, mexanızım işləməyə başlayıb. Bu məsələdə ABŞ-ın strategiyası eynidir, ola bilsin taktikada dəyşiriklik edilsin. Metod və üsullarda texniki dəyşiriklik edilsin, ümumilikdə nəticə eyni olur. Məsələn  Misirdə, Liviyada, Tunis, Ukraynada  metod və üsullar eyni idi. İndi yeni, daha təhlükəli təxribatçı qurum yaradılıb, bu hamının tanıdığı İŞİD-dir. ABŞ lazım bilsə həmin qurum  (İŞİD) Azərbaycanda  peyda olacaq, məqsdlərinə çatmaq üçün.

 

- Sizin fikirinizcə hadisələr haçan sürətlənə bilər?

 

- Sualınıza birmənalı  cavab vermək məsuliyyət tələb edir. Mən bu məsələdə hadisələrin gedişini izləyərək ehtimal  irəli sürə bilərəm. Yuxarıda qeyd etdiyim kimi ABŞ-dakı təşkilatlar Azərbaycanla bağlı  təziqlərini  yenə də davam etdirərsə,  bu təzyiqlərə Avropadakı təşkilatlar qoşularsa, təziqlərin əhatə darəsi sürətlə genişlənərsə,  onda demək olar ki, təxminən  may ayınadək Bakıda gəgkinlik yarana bilər. Bu  halda ABŞ-ın fitfası ilə Avropa İdman oyunlarının Azərbaycanda  keçirilməsinə mane olacaqlar və ya boykot etmək itəyəcəklər.  Əgər  idman oyunları boykot edilərsə bu halda artıq dünya içtimayyətində Azərbaycanla bağlı mənfi fikir formalaşmış olacaq və sonrakı etapda təxribatçı dəstələr,  sürətlə aranı qarışdıramağa nail ola bilər.

 

- Demək istəyirsəniz ki,  Ukrayna hadisələri Bakıda təkralana bilər?

 

- Azərbaycanın rəhbəri İlham Əliyev Yankoviç deyil, tamam fərqli rəhbərlərdir,   prezident  İ.Əliyev  mərhum  Heydər Əliyev məktəbini keçib.  

ABŞ rəsmiləri düyməni basıbsa, yuxarıda izah etdiyim  mexanizim işə salınıbsa bu halda nəsə ola bilər, yəni məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul sayacaqlar. Çevrilişlər edilən  Ərəb ölkələri və ya Ukrayna heç də Azərbaycandan  zəif  dövlətlər deyil. ABŞ-ın hədələrindən, təzyiqindən yayınmaq üçün  güclü müttəfiqə ehtiyacımız var. Hesab edirəm ki, bu vəziyyətdə Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olmaqla ABŞ-ın hədələrindən  yayına bilər, əks-təqdirdə qara bulud ilin axırına kimi Azərbaycanın üstünü ala bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO