(Əvvəli dünənki xəbər lentində 11.33-dəki Müsahibə bölümündə)
...Yusif Hacıyev vardı, cəbhəçi hüquqşünas idi və MSK-nın katibi qoymuşduq. Bizə evə zəng elədi ki, Yaqub müəllim, biz seçki bülletenlərini hazırlayırıq, amma eşitmişik ki, siz namizədliyinizi geri götürürsünüz. Dedim ay Yusuf, sən niyə belə tələsirsən, seçkiyə hələ xeyli vaxt var, mən xəstəyəm, vaxtı çatanda həll edərik. Dedi ərizə göndərəcəksiniz? Dedim niyə ki, özüm gəlib orda həll edərəm.
-Prezidentliyə
namizədliyiniz də qeydiyyatdan keçmişdi...
-Bəli, seçki gününə 15 gün qalmışdı. Mayın
31-də mən getdim Prezident Aparatına. Dedilər Elçibəy də İsa Qəmbərin
kabinetindədir. Getdim İsa Qəmbərin yanına, gördüm ki, Elçibəy də burdadır.Məni
qəbul elədilər. Səhhətimlə maraqlandılar və əhvalımı soruşdular. Bildirdim ki,
artıq vəziyyətim normallaşıb, ürəyimin ağrıları azalıb və təzyiqim normallaşır.
Elçibəy soruşdu ki, bəy, harda işləmək istəyirsən? Dedim siz nə təklif
edirsiniz? Qayıtdı ki, siz nə istəyirsiniz deyin, biz eləyək. Dedim ki, mən
iddialı adam deyiləm, uyğun bir vəzifə təklif etsəniz gedib işləyərəm. Dedi ki,
yaxşı olar sən humanitar işlər üzrə prezidentin müşaviri olasan. Razılaşmadım.
Dedim ki, bəy, daha bu binada mənim qalıb hansısa işdə işləməyim doğru olmaz.
Özü də mən müstəqil bir iş olsa gedib işləyərəm, yoxsa yaşımın bu vaxtında o
kabinetə, bu kabinetə sənəd aparıb gətirmək mənə yaraşmaz. Qayıtdı ki, düz
deyirsən, o zaman gəl səhiyyə naziri işlə. Dedim məmnuniyyətlə olar. İsa Qəmbər
dərhal qayıtdı ki, səhiyyə nazirini Yaqub bəy özü təyin edib, təzə adamdır.
Elçibəy etiraz etdi ki, nə olar təzə vəzifə veriləndə, ona da bir vəzifə verilər.
Yaqub bəyin fərmanın verin, gedib səhiyyə naziri işləsin. İsa Qəmbər yenə
etiraz etdi ki, yox, olmaz, onda gərək səhiyyə naziri Rahim Hüseynovla da söhbət
edək görək o nə deyir. Bundan sonra İsa Qəmbər qayıtdı ki, bəs təhsil naziri
necə, işləyə bilərsənmi? Onda da Elçibəy qayıtdı ki, Rafiq müəllim mənim
dostumdu, bəlkə heç ona toxunmayaq. Elçibəy dedi ki, səhiyyə nazirinin birinci
müavini var-Fəxrəddiun Cavadov, o necə oğlandı? Təriflədim ki, yaxşı adamdı,
peşəkardı. Dedi ki, onu mənə Bakı Kəndlər Birliyinin sədri Nəsir Ağayev xahiş
edib. Dedim elə o da mənim kadrımdı, ona da vəzifə verin, qoyun işləsin. Dedi
ki, hansı vəzifə verək? Dedim bizim institutun yetişdirməsidir, elə göndərin
Tibb İnstitutuna. Dedi ona sonra baxarıq. Elçibəy bir də qayıtdı ki, İsa bəy,
Yaqub bəyin fərmanını ver getsin səhiyyə naziri işləsin. İsa Qəmbər yenə
inadından dönmədi ki, yox, qoy Rahim Hüseynovun özüylə danışaq sonra. Dedi ki,
Əbülfəz bəy, narahat olmayın, sabah bu məsələni özüm həll edəcəm. Sabah saat
11-də özüm Yaqub bəyi aparıb nazirlikdə təqdim edəcəm. Mənə tərəf dönərək dedi
ki, Yaqub bəy, sabah əlaqə saxlayarıq, məsələni həll edərik. Mən də xudahafizləşəndə
Elçibəy arxamca çıxdı və liftə qədər məni hörmətlə yola saldı. Liftin
qarşısında da bir neçə dəqiqə ikilikdə müəyyən söhbətlərimiz oldu. Onu da deyim
ki, əvvəllər də Əbülfəz bəylə tez-tez görüşürdük və münasibətlərimiz çox yaxşı
idi. Ona bir-iki məsləhət də verdim və məni dinlədi. Dedi ki, bəy, qoy seçkilər
qurtarsın, ondan sonra oturub söhbətləşərik. Mən Elçibəyə dedim ki, bəy, mən qərara
gəlmişəm ki, namizədliyimi geri götürəm. Xahiş elədi ki, bəy, elə buna görə səninlə
təklikdə danışmaq istəyirdim, çox xahiş edirəm gəl sən namizədliyini geri götürmə.
Bildirdi ki, namizədlər içərisində mənə real alternativ sizsiniz, beynəlxalq
arenada deməsinlər ki, bunlar da demokratik seçki keçirmədi. Dedi ki, Tamerlan
və Etibar da namizədliklərini geri götürəcəklər, faktiki olaraq mən
alternativsiz qalıram onda. Qayıtdı ki, çox güman İlyas bəy də geri götürəcək
namizədliyini, ona görə də legitimlik üçün sizin namizədliynizin qalması doğru
olardı. Səhərisi nə qədər zəng etsəm də İsa Qəmbərlə görüşə bilmədim. Halbuki
razılaşmamıza görə o özü mənə zəng eləməliydi. Köməkçisi Gülşada dedim bu nə məsələdi?
Dedi ki, ay Yaqub müəllim, vallah demişəm, deyir özüm əlaqə saxlayacam. Üstündən
bir gün də keçdi və yenə də İsa Qəmbərlə danışa bilmədim. Mənə MSK-dan və
televiziyadan da zəng elədilər ki, prezidentliyə namizədlər növbə ilə
teledebatda iştirak edirlər, siz də gəlməlisiniz. Etiraz etdim ki, gəlməyimin nə
mənası var, onsuz da mən proseslərdən uzaqlaşmışam. Ancaq dedilər ki, gəlməlisiniz.
Durub getdim, Tamerlan başlayan kimi namizədliyini Elçibəyin xeyrinə geri
götürdüyünü dedi və çıxıb getdi. Orda mən, İlyas ismayılov və Nizami Süleymanov
qaldıq. Artıq Etibar da geri götürmüşdü. Mirşahin idi verilişi aparan, üçümüz də
oturmuşduq, Nizami Süleymanov Elçibyə haqqında çox kəskin danışdı. Beləliklə,
seçkiyədək Elçibəylə görüşmək imkanım olmadı və seçkidən sonra gözlədim ki,
bunlardan bir xəbər çıxacaq, ancaq çıxmadı.
”“Bir sözlə, bülletenlərdə adınız getdi”¦
-Bəli. Seçki oldu və rəsmi olaraq da mənə də 3-4 faiz
səs yazdılar. İyun ayının 12, ya 13-də durub getdim Prezident Aparatına ki,
Elçibəyi təbrik edim. Getdim İsa Qəmbərlə görüşdüm, dedim ay İsa bəy, axı sən
burda mənə söz verdin, neçə gündü telefonuma da cavab vermirsən, belə olarmı bəs?
Qayıtdı ki, sizdən sonra biz bu məsələləri kollegial həll elədik, müzakirələrdə
bəylərin çoxu sizin nazir olmağınıza etiraz elədi. Ona görə də sizə bunu deməyə
üzüm gəlmədi.
-Demədiniz ki, axı bunu sizə prezident Elçibəy
tapşırmışıdı?
-Dedim, qayıtdı ki, indi Elçibəy prezidentdi, get
yanına, o indi bu məsələləri özü həll edir. Dedim bəs bəy hardadır? Dedi Pənahın
kabinetində. Kabinetdən çıxanda İsa Qəmbər mənə qayıtdı ki, siz niyə namizədliyinizi
geri götürmədiniz? Dedim mənə Elçibəy bunu xahiş elədi, mən də ona söz verdim.
Dedim ay İsa bəy, görmədiniz ki, mən heç bir seçki kampaniyası aparmadım və heç
bir görüş keçirmədim. Məsləhət oldu ki, namizədliyimi geri götürmədim. Gülümsünərək
dedi ki, o 1-2 faiz səs sənə lazım idi? Bir də təkrar etdim ki, belə
maraqlanırsansa Elçibəydən necə olduğunu özün soruş, mən onun təkidli xahişiylə
geri götürmədim. Getdim Pənahın kabinetinə ki, Elçibəy, Qurban Məmmədov və Neft
Şirkətinin prezidenti Sənan Əlizadə oturub söhbət edirlər. Görüşdük, bəyi də təbrik
elədim. Oturub bir az ordan-burdan söhbət elədik. Neft məsələsi müzakirə
olunurdu. Birdən səhiyyə naziri Rahim
Hüseynov girdi Pənahın kabinetinə. Pənah tez qalxıb onu arxa otağa apardı, nə
danışdılarsa Rahim Hüseynov gəldiyi kimi də çıxıb getdi. Qurban Məmmədov İlyas
ismayılovun yoldaşı haqqında danışdı ki, cəbhəçilər onu incidirlər. Bəyə
etirazını bildirdi ki, onları çağırıb tapşırın, axı İlyas bəy bizə yaxın adamdı, niyə belə edirlər? Qayıtdım
ki, bəy, sizinlə təklikdə bir işim vardı. Qalxdı ayağa və birlikdə bayıra
çıxdıq. Dedim bəs mənim məsələm nə yerdə qaldı? Bildirdi ki, bəylər sizin nazir
olmağınızı istəmədilər. Məsləhət oldu ki, elə qayıdıb öz institutnuzda rektor vəzifəsində
işləyəsiniz. Dedim məsləhət etdiniz, yaxşı, razılaşıram, onda İsa Qəmbərə
deyin, o qərarı göndərsin. Çünki bunun üçün Ali Sovetin qərarı olmalıydı ki, deputat seçiləndən sonra qayıdıb əvvəlki işində
işləməlidir, deputat stausu haqqında xüsusi maddə vardı. Dedim ki, Ziyad Səmədzadə
qərar göndərib, amma istəmirəm ki, Ziyadın imzasıyla olsun, qoy İsa Qəmbər öz
imzasıyla göndərsin o sənədi. Dedim ki, Ziyad bunu ötən sessiyada imzalayıb.
Sabah İsa Qəmbər deyər ki, heç onun imzalamağa səlahiyyəti olmayıb, ona görə də
İsanın imzası olsa yaxşı olar. Dedi narahat olma, İsaya deyərəm. Məni təbrik elədi
ki, get rektor işlə, sonrasına baxarıq. Yenə də liftin yanında bir neçə məsələ ətrafında
qısaca söhbət elədik.
-Demədiniz ki, bu bəylər sizin başınıza oyun
açacaqlar?
-Dedim bəy, mən sizin xətrinizi çox istəyirəm və siz
çox böyük bir məsuliyyətin altına girmisiniz. Ölkədə vəziyyət olduqca pisdir, ətrafınızda
olanların da gördüyünüz kimi hərəsi bir məzhəbə qulluq edir, siz filan-filan
işləri eləməsəniz, aqibətiniz elə mənim kimi olacaq. Qayıtdı ki”¦
Ardı var”¦



































































































