Moderator.az Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun ilə müsahibəni təqdim edir:
- Alper bəy, Qərbdə bütün bunlarla bağlı məlumatsızdılarmı, yoxsa məqsədli şəkildə terrorçulara dəstək verilir?xa0
- Biz ABŞ-ın, Qərbdəki müttəfiqlərimizin, dostlarımızın Türkiyəni zəiflətmək kimi bir düşüncə ilə hərəkət edəcəyinə inanmırıq. Bizim əlaqələrimiz inama dayanır, müttəfiqik, belə bir anlayışla hərəkət etməzlər, biz də həmçinin. Suriyada DAEŞ-lə mücadilədə YPG Qərbin əlində bir alət olaraq görülə bilər. Çünki əlində silah var və s. Amma məsələ terrorizm və terror təşkilatı olduqda işlər dəyişir. Türkiyə olaraq bizim bu halda mövqeyimiz qəti, dəqiq və açıqdır. Fikir verin, əgər ölkələr bu vəziyyətdə seçici davranmağa başlasalar, məsələn, “A”x9d terror təşkilatı mənə əsas problem yaradan digər təşkilatla mücadilə aparır. Ona görə də mən “A”x9d terror təşkilatını terror təşkilatı saymıram" deyəcəklər.xa0
Belə bir şey ola bilərmi? Terrorla qeydsiz-şərtsiz necə mübarizə apararıq o zaman? Qaldı ki, beynəlxalq hüquqa əsasən, tərəfdaş olduğumuz anlaşmaların kontekstinə uyğun olaraq, bəlkə də hamısından da vacibi məsuliyyətli dövlətlər olaraq qeydsiz-şərtsiz hər bir terrorçu təşkilatla mübarizə aparmaq borcumuzdur. Burada seçim aparmaq mümkün deyil. YPG bu gün xüsusilə Rusiyanın əlində mülayim müxalifəti o bölgədə yox etmək, xüsusilə Əsəd rejimini yaşatmaq üçün bir alət halına gəlib. Bunu Qərbin də görməsi lazımdır.
- Azərbaycan rəhbərliyi xarici iş adamlarına çağırış edərək onları ölkəmizə yatırım qoymağa çağırıb. Türkiyə və Azərbaycan arasında bununla bağlı hansı gəlişmələr var? Üstəlik, iki qardaş ölkə xüsusilə də Ankara-Moskva münasibətlərindəki gərginlikdən sonra turizmə yeni nəfəs vermək imkanlarını araşdırırmı?xa0
- Yalnız turizm məsələsi deyil. Cənab prezidentin də vurğuladığı bir sıra məsələlər var, xüsusilə də iqtisadiyyatın çeşidləndirilməsi ilə bağlı. Azərbaycanın böyük potensialı var, bəzi işlər də görülüb. Neftin qiymətlərinin xa0düşməsi səbəbindən bu istiqamətdə işlərin aparılması daha zəruridir. Məsələn, Azərbaycan indi özəlləşdirmədən bəhs edir. Türk yatırımçılarının sərmaye qoyması baxımından Azərbaycanla daha çox ortaq çalışmalar həyata keçirəcəyinə səmimiyətlə inanıram.xa0
Bizim dövlət yetkililəri olaraq vəzifəmiz bu işlərin çərçivəsini daha güclü şəkildə qurmaqdır. Baxın, Azərbaycanın iş adamları Türkiyəyə, türkiyəli iş adamları da Azərbaycana yatırım qoyur. Enerji sektoruna ölkələrimizin qarşılıqlı önəmli yatırımları var. Amma bu yatırımlar necə gəlir? Biz ortaq millətlərin övladları olsaq da, para ilə əlaqədar qərarlar şirkətlər tərəfindən qəbul edilərkən yatırım ortamına baxılır, hüquq təminatına baxılır və mühasibə ilə qərar verilir.xa0
Bu sahələrdə Azərbaycan yatırımlarını Türkiyəyə, Türkiyə yatırımlarını isə Azərbaycana cəlb etmək üçün yaxşı işləmək, iş adamlarımızın rahat ola bilmələri, güvənməsi, bəzi hallarda isə təşviq edilməsi lazımdır. Mənim nəzərimcə, Türkiyənin ən önəmli güc qaynağı insan qaynaqları və iş adamlarıdır. Əgər Türkiyə üçün bir iqtisadi möcüzədən söz açmaq mümkünsə, bunun təməlində böyük sərmayə qruplarından çox, sayları kifayət qədər çox olan orta sahibkarlar dayanır. Türkiyədə sabitliyi saxlayan da onlardır.xa0
Əgər orta səviyyəli yatırımçılarımızın və iş adamlarımızın sayı çox olarsa, ölkə dünyadakı iqtisadi dalğalanmalara qarşı daha sabit ola bilir. Türkiyə bunu bacardı. Bu dönəmdə turizm, aqrar sektor çox yaxşı potensialı olan sahələrdir. Enerji sektoru da həmçinin. Yükdaşıma sahəsini də xüsusi vurğulamaq lazımdır.xa0
- Üstəik, Bakı-Tiflis-Qars dəmir yolu kimi nəhəng layihə var...
- Bakı-Tiflis-Qarsın dövriyyəyə girməsini sırf yükdaşıma kimi düşünməməliyik. Bu, eyni zamanda bəşəri çatdırılma xətti olacaq, yəni insanların mənzilbaşına yetişməsi üçün bir xətt olacaq. Şərq-Qərb dəhlizi, yəni Orta dəhliz kimi tələffüz etsək, hər cür çatdırılmaların artacağını, fərqli yerlərdə toplanış məntəqələrinin qurulacağını, onun həmin bölgələrdə daha böyük iqtisadi hərəkətlilik yaradacağını, təkcə Şərq- Qərbə deyil, eyni zamanda Şimal-Cənuba da fayda verəcəyini düşünmək lazımdır.xa0
O səbəbdən Türkiyə və Azərbaycanın, bir çox hallarda Gürcüstanın da iştirakı ilə həyata keçirilən bu layihələrin böyük əhəmiyyəti var. Üstəlik, Bakı-Tiflis-Qars xəttinin Xəzər vasitəsilə tamamlanması, yükdaşımalarının buradan həyata keçirilməsi önəmli fürsətlər yaradacaq. Turizmlə bağlı bir nümunə göstərməli olsaq, Şahdağdakı şəraitə baxanda görürük ki, mükəmməldir. Bənzər işlər Qəbələdə də həyata keçirilib. İndi Azərbaycanın fərqli məkanlarında qolf sahələri tikilir. Bəli, Türkiyədə də bir çox yerlər var. Amma insanlar hər zaman yeni yerlərin axtarışındadır. Artıq Azərbaycan yavaş-yavaş özünün potensialını bazara çıxara biləcək hala gəlib. xa0Bakı illərdir burada keçirilən önəmli toplantılarda bunu bacardı. İndi Azərbaycan Bakının xaricindəki bəzi bölgələri də dünya səhnəsinə çıxara bilər. Qəbələ bu baxımdan üstünlüyü olan məkandır, çünki hava limanı da var, önəmli şəkildə yatırım qoyulub. Şahdağ nümunəsini də söylədim.xa0
- Turzim sahəsində böyük uğurları olan Türkiyənin təmsilçisi kimi necə hesab edirsiniz, Azərbaycanın turizmi inkişaf etdirməsi üçün nə etməsi lazımdır?xa0
- Burada bir məsələ də var. Türkiyədə də bu sıxıntını yaşadıq. Təkbaşına təsis və alt yapı yetmir. Xidmət sahəsini yüksək səviyyədə inkişaf etdirmək, qiymətləri rəqabətə uyğunlaşdırmaq lazımdır. Cənab prezidentin də çıxışlarında bu məsələlərə toxunulur, Azərbaycanda müştəriləri təşviq edə biləcək işlər görmək lazımdır. Eyni dili danışırıq, bənzər təcrübələri yaşayırıq, bu məsələlərdə ən böyük dəstəyi Türkiyə verə bilər. İnsan qaynaqları da buna imkan verir. O baxımdan mənim könlümdən, xəyalımdan keçən budur: Türkiyənin də, Azərbaycanın da sərmayənin, malların və insanların qarşılıqlı hərəkətində stabil və liberal siyasət yürüdəcəyinə inanıram. Başqa ölkələr bu cür birlikləri qurmağı bacarıb, Türkiyə və Azərbaycan bacarmayacaqmı? Bu, bizim potensialımızı Azərbaycana, Azərbaycanın potensialını Türkiyəyə daha çox daşıyacaq. Yavaş-yavaş bunlara baxmağımıza gərək var. Bu dönəm çox yaxşı fürsətlər yaradır. Türkiyə və Azərbaycanın üçüncü ölkələrdə ortaq yatırımlar qoyması məsələsinə də baxması lazımdır. Məndən soruşsanız, Türkiyənin səfiri olaraq Azərbaycana baxdığım zaman bizim birlikdə edə biləcəyimiz işlər məndə böyük həyəcan yaradır.xa0
Bölgədə bir çox qarışıqlıqlar, sıxıntılar, danışdığımız bir sıra gerçəklər var. Amma onlar bu günün problemləri. Bizim Azərbaycan və Türkiyənin və bölgənin sabahını düşünərək çalışmağımız lazımdır. İki ölkənin çox böyük potensialının olduğuna və bunların həyata keçiriləcəyinə də inanıram. Yetər ki, ortaq iradəmiz beləcə davam etsin və bizdən sonra gələn nəsillər də bu inancla çalışsınlar...xa0
- Alper bəy, artıq 4-cü ildir ki, Bakıdasınız. Təbii ki, Azərbaycan sizin Vətəninizdir, amma diplomatiyanın da öz qaydaları var. Buradakı missiyanızın tamamından sonrakı dönəmlə bağlı planlarınız, bilgiləriniz varmı?
- (Gülür) Könlümdən keçəni soruşsanız, biz Azərbaycanda çox xoşbəxtik. Mən də həyat yoldaşım da, uşaqlarım da. Qızlarım hələ balacadır, onlardan hətta Türkiyədə də “evimiz haradadır”x9d soruşanda “Bakıda”x9d deyirlər. Bizim ailədə Azərbaycana münasibət belədir, bu da sizin sayənizdə. Biz burda qalmaqdan, yaşamağa davam etməkdən şad olarıq. Amma bu, bir bayraq yarışı kimidir. 4 ilə yaxın bundan öncə bayrağı mənə ötürdülər. 2012-ci ilin 16 sentyabrında Bakıya gəldik. 4-cü ilə yaxınlaşırıq. Bizim sistemdə müddət çox qətiləşməyib, amma normalda 4-5 ildən bir dəyişikliklər olur, ya mərkəzə gedərsən, ya başqa bir yerə. Mən indiki anda hələ ki bir təlimat almamışam. Ona görə də burada nə qədər qalacağımı, yaxud yaxında ayrılacağımı bilmirəm. Amma 4 ilimizə yaxınlaşdığımız üçün artıq yavaş-yavaş səlahiyyət müddətimin son dönəminə adladığımı deyə bilərəm. Getsək də, könlümüz burda qalacaq.xa0
- Uşaqlarınızın neçə yaşı var?
- Hələ çox balacadırlar. İki qız uşağım var. Biri 6 yaşına yeni girib, digərinin isə 5 yaşını tamamlamasına az qalıb.xa0
- Ailəlikcə ən çox xa0hansı ünvanlara gedir, harada istirahət edirsiniz?
- Səmimi desəm, əslində Bakı kiçik cocuq sahibi olan bir ailə üçün çox gözəl bir şəhərdir, parkları, gəzinti yerləri kifayət qədərdir. Etiraf edim ki, Ankaraya nisbətən burada uşaqları aparmaq üçün daha çox yer tapa bilirik. Elə bulvarın özü çox gözəl bir yerdir. Ancaq insan bir az da şəhərdən uzaqlaşmaq istəyir. Bakının təbii iqlimi asan deyil. Yazı çox nəmli, isti olur. Amma Bilgəh tərəf çox gözəldir. Yayda uşaqlar həftə sonlarını çox böyük həyəcanla gözləyirdilər, “Bilgəh tərəfə, dənizə, hovuza gedək”x9d deyə. Birlikdə gözəl gəzintilərimiz olur. Uşaqları da götürüb bir neçə dəfə Gəncəyə, Şəkiyə, Qəbələyə, Şahdağa getmişik və uşaqlar çox bəyəniblər, həyat yoldaşım da həmçinin. Azərbaycanın coğrafiyası Türkiyə ilə müqayisədə kiçik olsa da, gəzməli-görməli yerləri çox olan ölkədir. Keçmişlə müqayisədə indi yolları daha yaxşı haldadır. Gəzdiyimiz yerlərdən də çox məmnun qaldıq.
- Sərbəst gəzməyə üstünlük verirsiniz, yoxsa mühafizənin müşayiəti ilə?
- Normalda ehtiyac var, amma biz sərbəst olmağa üstünlük veririk.
- Avtomobili də özünüz idarə edirsiniz?
- İmkan dairəsində çalışıram özüm sürüm.
- Bakıda maşın sürmək çətin deyil ki?
- Amma mən maşın sürməyi İstanbulda öyrənmişəm, bu, yaxşı bir stajdır. (gülürük) Bunu ona görə deyirəm ki, avtomobillərin heç də yaxşı idarə olunduğu yer deyil. Bizdə də çox sərt sürürlər. Yəni orda öyrənən adam burda yaşaya bilir. Yol hərəkəti ilə bağlı sizin də, bizim də biliyimizi artırmağımız lazımdır. Çox cəsuruq, bu da təhlükəlidir. Türkiyədə də var, amma sizdə daha çox qüvvətli, böyük arabalar sürürlər. Bu da insana güc hissi verir, qaza basıb gedir, amma Allah qorusun! Çox diqqət etmək lazımdır. (musavat.com)




































































































