Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlı Moderator.az saytının baş redaktoruna ekskluziv müsahibə verib:
- Nədənsə cəmiyyətimizdə belə bir təsəvvür formalaşıb ki, Azərbaycanda təhsildən tutmuş bütün digər sahələrdə də pas atmış köhnəliyi ancaq Qərb təhsilli “ağ atlı oğlan”x9d gəlib aradan qaldıra bilər. Amma deyəsən bu dəfə Neft və Sənaye Universitetinə göndərilən “ağ atlı oğlan”x9d elə hamı kimi sovet təhsil sisteminin yetirməsidir. Ona görə də nəzərlər üzərinizdə və buna görə də necə böyük bir məsuliyyətin, eyni zamanda mənəvi basqının altında olduğunuzu təsəvvür etmək çətin deyil...
- İlk öncə sizə universitetimizə gəlib məndən müsahibə götürdüyünüzə görə minnətdarlığımı bildirirəm. Mən hər zaman KİV - nin rəhbərliyinə, onların gördüyü işə rəğbətlə yanasmışam. Çünki bu insanlar cəmiyyətin lokomotivləri rolunda olurlar. Çünki biz görmədiklərimizi bəzən bizim işimizlə bağlı başımız qarışıq olur işimizlə məşğul olduğumuz dövrdə o qırağa çıxmaları, çatışmazlıqları bizdən daha yaxşı görür və göstərirlər. Ona görə də cənab prezidentimizin də jurnalistlərə rəğbəti və diqqəti sonsuz və böyükdür. Biz də yerlərdə təyin olunmuş insanlar olaraq borcluyuq ki, həmin insanların işlərinin xatirinə bu cür müsahibələr verək. Və ona görə də mən sizə minnətdaram ki, bu gün bizim univerisitetin rəhbərliyindən müsahibə götürürsünüz. O ki, qaldı sizin suala, bu suala bir neçə konteksdən yanaşmaq olar. Mən birinci demək istəyirəm ki, sovet təhsil sistemi faktiki olaraq ən yaxşı təhsil sistemlərindən biri idi. Çünki sovet təhsil sistemi 20 - ci əsirin əvvələrində Qərb - Almaniya təhsil sistemi üstündə qurulmuş təhsil sistemi idi və dekanatlıq sisteminin üzərində qurulmuş sistem idi. Bu pirinsip ilə təhsil verən və alanların bütün imkanları var idi ki, bu sistemdən yararlanıb yaxşı təhsil alsınlar. Və yaxud da ki, yaxşı təhsil versinlər. İş elə gətirdi ki, sovet dönəmindən sonra müstəqillik dövründə Azərbaycan hər hansı bir modeli seçməli idi və uzun çalışmalardan sonra müstəqillik illərimizin belə deyək 5 - 10 ilindən sonra artıq təhsilin də hansı yöndə olmasına vaxt çatanda ali təhsilin Boloniya sistemində qurulması meydana çıxır ki, bu cür olması daha yaxşıdır. Yenə də hamının bir fikiri oldu ki, Qərb modelinin qurulması mütləqdir. Ancaq bu Qərb modeli də fərqlənirdi, bir Amerika təhsil sistemi var idi, bir də Avropa təhsil sistemi. Azərbaycanda çox iddialı insanlar var idi təhsildə. O insanlar Avropa təhsil modelini qəbul elədilər. Mən fikirləşirəm ki, mütləq düzgün addım atıldı. Burda bir neçə aspektdən yanaşmaq olar. Bir tərəfdən Avropa bizim çox yaxınımızdadır, yəni bizim Avropa ilə faktiki olaraq quru sərhəddimiz var, bu məkana inteqrasiya xətti götürmüşük, öz milli dəyərlərimizi saxlamaq şərtilə Avropanın dəyərlərini bölüşməyə çalışırıq. Ona görə də istəsək də, istəməsək də bizim məhsullarımız da Avropaya getməlidir. İstəyir biz sənaye məhsulu istehsal edək, istəyir insan məhsulu istehsal edək. Ona görə də mən fikirləşirəm ki, optimal bir model seçilib və onu da sizə deyim ki, postsovet məkanında ilk ölkələrdən olduq ki, Boloniya sisteminə bu qədər intensiv inteqrasiya etdik. Azərbaycan 2005-ci ildə rəsmən Boloniya sisteminə keçdi, 2006-cı ildən də bunu yavaş-yavaş təhsil sisteminə tətbiq etməyə başladı. Bu sistemin müsbət tərəfləri olduqca çoxdur. Sözsüz ki, bizim mental durmumuza, cəmiyyətimizin indiki vəziyyətinə görə Boloniya sistemindən doğan bir çox məsələlərə yüz faiz olduğu kimi əməl edə bilmirik. Bu gün isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi bunu sistemli şəkildə həyata keçirir. Yaxın zamanlarda da bu sistem Azərbaycan təhsilinə tam otuzdurulacaq. “Ağ atlı oğlan”x9d və “sovet təhsil sisteminin yetirməsi”x9d məsələsinə gəldikdə isə mən bu məhfumla ümumiyyətlə ehtiyatlı davranıram. Əsas insanın yaşı deyil, mahiyyətidir, daxilidir. Mən sizə deyim ki, bu gün Azərbaycanda yaşlı nəslin böyük əksəriyyəti mükəmməl təmiz insanlardır. Yəni yaşlı nəsli ifadə edən həmin böyük əksəriyyətin cəmiyyətə verdikləri töhfələri hələ cavanlar verə bilməyiblər, ona görə biz onları yüksək qiymətləndirməliyik. Ancaq biz hər birimiz öz yerimizdə cəmiyyətimizi təmizləməyə borcluyuq. Cənab prezident tərəfindən də qarşımızda belə bir öhdəlik də qoyulub ki, çox qısa müddətdə Azərbaycanın sənaye komplekslərinə, istehsalatına yararlı kadrlar hazırlamaq lazımdır. Bizim də istehsalımız mütəxəssislərdir. Yəni biz sənayeyə yararlı mütəxəssislər verməliyik. Bununla yanaşı dövlətdə olan bu günki xətt şəffaflığın artırılması, gənc kadrlara düzgün yanaşma və indiyə qədər qıraqda təhsil alıb gəlmiş insanların kadrlar kimi yerlərdə istifadəsidir. Bax bu konteksdə mən sizinlə razılaşaram ki, əgər bunun adını istəyirsiniz siz ağ atlı oğlan qoyun, istəyirsiniz başqa cür adlandırın, biz bunu etməyə borcluyuq. Istər Qərb təhsili görsün, istər sovet təhsilinin yetirməsi olsun, əgər o mahiyyətcə azərbaycanlıdırsa, bunun heç bir fərqi yoxdur. Çünki biz mental cəhətdən o qədər dayanıqlı bir xalqıq ki, biz hara getsək o mental dəyərlərimizi - atamızı, anamızı, babamızı, ulularımızı yaddan çıxarmırıq. Bu gün Azərbaycan insanı Avropaya bu qədər inteqrasiya etməsiylə yanaşı yenə də güclü dəyərlərimizi saxlamaqda davam edir. Mənim Qərbdə dostlarım var, onlar hər zaman deyirlər ki, Mustafa müəllim, sizin tək bircə dəyəriniz - ailə institutunuz dünyaya nümunə ola bilər. Bu, Avropalılar üçün inanılmazıdır. Biz bunu qorumalıyıq.
-Təkcə inanılmaz yox, həm də əlçatmaz...
-Tamamilə razıyam. Onlar buna həsədlə baxırlar. Bir fransız dostum buna qibtə ilə baxaraq deyir ki, təxminən 18 - ci əsrin sonlarında, 19 - cu əsrin əvvəllərində Qərbdə mövcud olan ailə modellərinin üstündəkini biz 21 - ci əsrin əvvəllərində Azərbaycanda görürük.
-Bu gün hamımızın addımbaşı dilə gətirməyə məcbur olduğumuz Avropa dəyərləri əslində əsrlər öncə Şərqdən götürülmüş, bəlkə də “oğurlanmış”x9d dəyərlərdir. Qərb bu dəyərləri təkmilləşdirib insanlığın xidmətinə verə bildi, amma nə yazıq ki, Şərqdə çoxumuz bunu edə bilmədik. Siz söhbətimizin əvvəlində minnətdarlıq etdiniz. Qətiyyən minnətdarlığa ehtiyac yoxdur. Biz hamımız bir dövlətin vətəndaşıyıq. Bu bir gəmidir. Gəminin kapitanı bəllidir və kapitandan başqa onun komandası var və həmin komandanın yeni bir üzvü Mustafa müəllimin ilk gündən atdığı addımların xoş səsi - sorağı gəldiyinə, rezonans doğurduğuna görə, hamımız bu təhsil sisteminin düzəlməsinə çiynimizi vermək istədiyimizə görə biz bu gün burdayıq. Ona görə də bilin ki, bu universitetdə aparacağınız islahatlarla bağlı əlimizdən gələni verməyə hazırıq və özümüzü də bu məsələdə bir mənəvi sorumlu bilirik. Bəzən cəmiyyətdə olan neqativlərə görə medianın yaxasından yapışaraq deyirlər ki, media niyə neqativ yazır? Axı media cəmiyyətin aynasıdır və deməli cəmiyyətdə neqativ var ki, media yazır. Ona görə biz bu universitetlə bağlı pozitiv yazacağıq, çünki burda hər şeyi pozitiv gördük. Hamımızın umacağımız ondan ibarətdir ki, Neft və Sənaye Universitetinin məhsulları - mütəxəssisləri Qərbə axın etsin, biz Qərbdən mütəxəssis gətirib burada yüksək məvaciblə işlətməyək, Qərbin elm və sənaye mərkəzləri, nəhəng şirkətləri gəlib bizim mütəxəssislərimizi “oğurlasınlar”x9d. Ümid edirik ki, yaxın onilliklər ərzində buna nail olunacaq.
-Siz elə bir məqama toxundunuz ki, mən məcburam artıq sizə universitetin strateji planları barədə bir neçə kəlmə deyəm. Universitetin strateji planı yaxın 10 ildə dünya səviyyəli universitet olmaqdır. Bunun üçün siz dediyiniz məqamlara necə nail olmaq məsələsi qarşıda dayanır. İlk öncə ondan başlayım ki, bu universitetin inanılmaz potensialı var. Mənim özüm də təyinatıma qədər bu qədər böyük potensialın olacağını təsəvvür etmirdim. Hər dəfə özüm üçün sual edəndə ki, niyə insanlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetini seçirlər, mən indiyədək o sualın cavabını bilmirdim. Ancaq bura gələndən sonra gördüm. Bu insanlarla təmasda olduğum yaxın müddətdə gördüm ki, doğrudan da bu xalq müdrik xalqdır. Baxmayaraq ki, universitetdə bu çirkab var idi, yenə də insanlar bu universiteti seçir. Çünki bu universitetdə doğrudan da mükəmməl alimlər var. Eyni zamanda Azərbaycanın dildə deyil, mahiyyətcə brendi ola biləcək bir ali məktəbi var. Bu gün o beyinlərdən istifadə edib universitetdə elm ”“ innovasiya - istehsalat mərkəzi yaratmağı düşünürük. Bunun da daxilində 3 böyük xətt olmalıdır. Birinci xətt Azərbaycan ekosistemi deyilən bir sistem yaratmaqdır ki, burada yuxarı kurs tələbələrindən, magistr və doktorantlardan, onların ideyalarından istifadə olunub startap müəssisələrinin, sonra inkubatorların, texnoparkın yaradılıması, bütün bunların Azərbaycana töhfə verməsi, yəni insanların universiteti bitirənə qədər özlərinin elmi və innovativ tutumlu biznesinin yaradılması yoludur. İkinci xətt universitetin elmi işlərinin nəticəsində, yəni buranın professor-müəllim heyətinin elmi fəaliyyətinin istehsalata tətbiq edilməsi mümkün olan texnologiyaların transferi nəticəsində yeni müəssisələrin yaradılıb Azərbaycan brendi altında istehsal olunması, məhsulların təkcə daxili bazara deyil, həm də xaricə çıxarılmasıdır. Üçüncü xətt isə bərpa texnologiyalarıdır. Yəni bu gün istehsalatda, sənayedə istifadə olunan, ancaq tullanması lazım olmayıb yenidən bərpa olunaraq qaytarılan texnologiyaların universitetin həmin mərkəzində bərpa olunaraq sənayeyə dividentlər gətirilməsidir. Bax bu 3 xəttin kompleksində bir mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəz universitetə nə verir? Birincisi, tələbələrin təcrübə keçməsi üçün elmi, innovativ tutumlu böyük bir bazası olur. Tələbə birbaşa onunla təmasda olaraq bəzi dərslərini də elə orada keçir. İkincisi, tələbələr özü də müəyyən qədər dərsdən sonra 2-3 saat praktik cəhətdən işləyə - işləyə az da olsa ilk qazanclarını da orada qazana bilir. Üçüncüsü, həmin müəllim işdən başqa orada müəyyən dividentlər qazanır. Həm pulunu alır, həm də öz ideyasını, innovasiyasını tətbiq etməklə bir mənəvi zövq alır. Azərbaycana, xalqına, ölkəsinə qulluq etmək imkanı qazanır. Dördüncüsü, universitet ciddi dividentlər götürür. Yəni müəssisələr nə qazanır? Müəssisə özündə poliqonu yaratmır, həmin sahəni ya icarəyə götürür, ya da tutaq ki, bizdən xahiş edib müştərək işlətməklə özündə yaradacağı istehsalat sahəsini burada yaradır. Burada istehsalatı başlayaraq onu olduğu kimi özünə köçürür. Bu zaman Azərbaycan nə qazanır? Azərbaycan yeni düşüncəli mütəxəssislər, brend olan istehsal, gələcəyə hesablanmış universitet qazanır. Bax bu kompleksi yaratmaqdan ötrü, paralel olaraq biz həmin universitetin imicini qaldırmaqdan ötrü ikinci addım kimi universitetin beynəlmiləlləşməsini təmin etməliyik. Bu gün biz universitetin qapısını açıb istənilən xaricini burada qəbul edirik. Ancaq yaxın 3 - 4 ilə istəyirəm ki, universitet dillər üzrə də, ballar üzrə də qıraqdan gələn insanlara bir limit qoysun. Deyək ki, İELTS üzrə 7 baldan aşağı götürmürük. Baxmayaraq ki, bu gün Avropa 6 və ya 6,5 də götürür. Türkiyə bu gün 5,5 də götürür. Amma biz 7 bal götürəcəyik və elə edəcəyik ki, təxminən 85 baldan da aşağı TOEFL - dən bal toplayan uşaqlar bu universitetə gələ bilməsinlər. Bizə gələn tələbə artıq bir Şərq universitetinə deyil, tanınmış Avropa universitetinə gələn insanlar olsun və onlar özlərini xoşbəxt hiss etsinlər. Çünki bu gün Azərbaycan infrastruktur baxımından doğrudan çox cəlbedicidir. Bunların hamısını cənab prezident edib. Prezidentin düşünülmüş siyasəti nəticəsində buna gəlinib çıxılıb. Biz geniş ideyaların, ölkəyə və xalqa divident gətirən ideyaların üstündə çalışmalıyıq. Yoxsa bunu etməsək, yalnız rüşvəti, qırağaçıxmaları, qeyri- şəffaf mühiti təbliğ etməklə məşğul olsaq biz uzağa gedə bilməyəcəyik.
- Adətən jurnalistlər Azərbaycanın universitetlərinin dünyanın top 2 min və ya min, yaxud 500 və 200 nüfuzlu universiteti içərisində olmamasını qabardırlar. Mustafa Babanlının hədəfə nədir, bu universitetin adı nə zaman dünyanın məhşur min universiteti içərisində olacaq, yaxud nə zaman dünyanın 200 nüfuzlu universiteti arasında bu universiteti görə biləcəyik?
-Mənim bu məsəyə də yanaşmam birmənalıdır. Universitetin dediyiniz universitetlər siyahısına düşməsi formal xarakter daşımamalıdır. Gördüyümüz işlər elə olmalıdır ki, istər - istəməz universitetimiz gedib o universitetlərin siyahısına düşsün. Biz ada deyil, işə qulluq etməliyik. Sizi inandırım ki, əgər deyilən menecment və marketinq işləri düzgün qurulsa siz dediyiniz birinci minliyə yaxın 2 ildə, birinci 500 - lüyə yaxın 3 ildə düşmək mümkündür. Bu minimum hədəfdir. Biz ona işləməyəcəyik, reytinqin özü bizə işləyəcək. Biz o reytinqi deyil, reytinq özü gəlib bizi tapacaq. Mənə deyirlər ki, BP ilə əlaqələr qurmalısınız, BP-yə və digər transmilli şirkətlərə çıxmaq lazımdır. Mən deyirəm elə deyil, BP bizə çıxacaq. BP gəlib burda növbəyə durub mütəxəssis yolunu gözləyəcək. Bilirsiniz niyə? Çünki biz mütəxəssisi yetişdirəndə onun bütün kontekstini yaradacğıq. Sabah bir müəssisə bizdən bir mütəxəssis istəyəndə biz onların xarakteristikasını deyil, onun AT papkasını göndərəcəyik. Papkanın içərisində nə olacaq? Papkanın içərisində həmin tələbənin yazdığı yazıların skanvarinatları olacaq.
-Obrazlı desək, həmin tələbənin beyninin tomoqrafiyası...
-Tamamilə düzdür. Bax o papkanı açacaqlar ki, həmin tələbə tutaq ki, nəzəri mexanikadan yazanda nəyi yazıb. Hətta həmin tələbənin övladı da gələcəkdə biləcək ki, atası bu universiteti necə oxuyub. Yəni belə nəzarət sistemləri olmalıdır. Yəni o insan bu universitetə gəldiyi gündən həmin insan dünyasını dəyişənədək biz o papkanı saxlayacağıq. Bizim məzun karyera mərkəzimiz olacaq. Çünki məzun bir az geniş məhfumdur, karyera isə bir az sıx məhfumdur. Məhsulumuzu yerləşdirməsək bizim gələcəyimiz yoxdur. Yəni biz hazırladığımız mühəndisi yerləşdirməliyik. Bunu sözlə deyil, onun ixtisası ilə, mənimsədiyi biliyi və bacarıqları ilə yerləşdirməliyik. Bunlardan ötrü müəssisələr növbəyə dayanmalıdır ki, biz aparaq. Nə vaxt ki, əvvəllər AZİ - ni bitirən məzunlardan heç vaxt Rusiyada və SSRİ-nin digər respublikalarında soruşmayıblar ki, gətir görüm nə bilirsən. AZİ - ni bitirənləri birinci növbədə işə götürüblər. Amma əfsuslar olsun ki, bu gün vəziyyət tamam fərqlidir. Biz elə etməliyik ki, dünyəvi bir universitet olaq və BP də TOTAL da, Şevron, Ekson-Mobil də hamısı bizim mütəxəssislər üçün növbəyə dayansınlar. Obrazlı desək, bu soba həmin kökələri bişirəndə o sobanın başında birinci onlar növbəyə dursunlar. Biz o zaman bunların hamısını buraxa bilmərik ki. O zaman hansı ki, bizə dividentlər verəcək, bizim universitetə bonuslar gətirəcəklər, laboratoriyalar yaradacaqlar, onlara üstünlük veriləcək.
-Dediklərinizi həyata keçirmək üçün inqilabi dəyişikliklərə getmək lazım gələcək. Mustafa Babanlı həmin inqilaba hazırdırmı?
-Jurnalistlərin ümumi bir baxışları var ki, səs - küylü ifadələr işlətməyi sevirlər. Mənsə çox ciddi səslənən sözlərdən bir az qorxuram. Amma mən hər şeyə hazıram, mən o qədər açıq bir insanam ki, hamı çəkinmədən dərdini mənə deyə bilir. Həmişə oğru qorxaq olar, o adam açıqdır ki, ya itirəsi bir şeyi yoxdur, ya da təmizdir. Ona görə də bizim nə itirəsi bir şeyimiz yoxdur, nə də ki, gizlədəsi bir şeyimiz. Bunların kontekstində biz hər şeyə hazırıq. İnqilabi iş görmək istəmirik. Biz təkamül yolu ilə bu işləri görəcəyik. Amma vaxtımız da azdır. Cənab prezident bizə deyib ki, vaxt çox azdır. Düzəldiləcəyinə mən əminəm, ancaq vaxtımız dardır. Yəni bu mütəxəssislərin hazırlanmasına dünəndən başlanılmalıydı, bu günlərdə deyil. Bir məqamı da sizə deyim. Mən oturaq rektor deyiləm, çox intensiv olaraq auditoriyaları gəzirəm, yuxarı kurs tələbələri bilirsiniz nədən şikayət edirlər? Deyirlər cənab rektor, bu günədək bizə çox zəif dərs deyiblər, indi dərs keçməyə başlayıblar, amma biz əvvəlini oxumamışıq axı, neynəyək? Rektorun cavabı birmənalıdır: Mən rektor kimi üzr istəyirəm sizdən, amma mən zaman oxunu geri qaytarmaq iqtidarında deyiləm. Yəni yenə sizə ikinci kursda keçdiyiniz dərsi təkrar edə bilmirəm, ancaq sizə tövsiyyəm odur ki, öz üzərinizdə daha çox işləyin, paralel olaraq müəllimlərdən istifadə edərək boşluqları doldurun. Mən müəllimlərə də bu barədə tapşırmışam ki, tələbələrlə daha çox işləsinlər. Demişəm ki, eybi yoxdur, bir az çox çalışaq, bir az artıq işləyək, müvəqqəti çətinlikdir. Axı biz dördüncü kursları çölə ata bilmərik, bunlar insan taleyidir, onlar bir daha bu universitetə qayıtmayacaqlar, onlar üç ildə ala bilmədiklərini dördüncü kursda bir az israf yüklənməklə almalıdırlar. Tələbələrə dedim ki, siz bir az konkretləşdirə bilərsinizmi? Həmin tələbə energetika fakultəsindən idi. Onu da deyim ki, tələbələr mənimlə çox rahat danışırlar. Deyirlər ki, biz energetikanın nəzəri əsasları fənnindən çox pis dərs keçmişik, ona görə də biz energetika üzrə ixtisas dərsləri keçəndə çətinlik çəkirik. Yəni baza yoxdur deyə indi gözəl dərs keçilsə də onu mənimsəyə bilmirlər. Mən bir şeyi də sizə deyim. Bu gün bəlkə də çox az universitetlərdənik ki, bir ay müddətində birinci kursdan dördünücü kursadək mütləq bütün tələbələr bütün dərslərin elektron variantlarını əldə ediblər. Yəni bu tələbə bilir ki, dekabrın 14 - də hansı dərsi keçəcək, indidən özünü o dərsə hazırlayır. Yaxud sərbəst işlənən 10 mövzu hansılardır və onları nə vaxtadək hazırlayıb vermək lazımdır. Amma bu günə qədər tələbələr Silabus nə olduğunu bilmirdi. Hətta bəzi müəllimlər Silabusun nə olduğunu bilmirdilər. Amma bu gün bu universitetdə auditoriyaya müəllim Silabussuz daxil ola bilməz. Niyə görə elektron varinatlar paylanır? Tələbə artıq dərsə hazırlıqlı gəlməlidir. Tələbə dərsi yazmağa məcbur deyil. Müəllim kor - koranə sarı kağızlardan dərs deyə bilməz...
Ardı var...







































































































