Tramp Uitkof və Kuşneri İrana göndərir?

Tramp Uitkof və Kuşneri İrana göndərir?

Hazırda oxunan: Tramp Uitkof və Kuşneri İrana göndərir?

611616

ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin danışıqlar üçün İrana səfərini ehtimalsız adlandırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Tramp PBS-ə verdiyi müsahibədə deyib.

“Bu, az ehtimal olunur. Hesab edirəm ki, biz bunu burada edə bilərik, yekun görüş üçün isə bəlkə imzalanma mərasimini başqa bir yerdə keçirərik”, — deyə Ağ Ev rəhbəri dəqiqləşdirib.

Qeyd edək ki, mayın 6-da Tramp Hörmüz boğazında gəmilərin müşayiət olunmasına yönəlmiş "Azadlıq Layihəsi" (Project Freedom) əməliyyatının dayandırıldığını elan edib.

ABŞ prezidentinin sözlərinə görə, o, İranla danışıqların başa çatması və sövdələşmənin bağlanması imkanlarını qiymətləndirmək üçün Pakistan və digər ölkələrin xahişi ilə bu addımı atıb. Tehran isə bu fasiləni ABŞ-ın öz məqsədlərinə çatmasındakı uğursuzluğu ilə izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO