Yalçın Rzazadə hönkür-hönkür ağladı:  “Allah heç bir...”x9d

Yalçın Rzazadə hönkür-hönkür ağladı: “Allah heç bir...”x9d

Hazırda oxunan: Yalçın Rzazadə hönkür-hönkür ağladı: “Allah heç bir...”x9d

102477
Xalq artisti Yalçın Rzazadə sevilən və illər keçsə də, öz səsini qoruyan sənətkarlarımızdandır. Onun mahnıları bəzi filmlərimizdə də yer alaraq yaddaşımıza həkk olunub.
 
Moderator.az azar.az-a istinadən xalq artisti Yalçın Rzazadə ilə müsahibəni təqdim edir.
 
Rəşid Behbudov kimi sənətkarlar...
 
- Yalçın müəllim, necəsiniz? Sizin üçün darıxmışdım...
 
- Yaxşı olmağa çalışıram, qızım. Məni də yaşadan sizlərsiniz. Ən əsası sənətkara qiymət verməyi bacaran jurnalistlər. Beş günlük dünyadır, amma inanın, bu sözünüz mənim üçün qiymətsizdir.
 
- İcazənizlə, istəyirəm bir başa söhbətə keçim. Deyirəm, sənətkar olmaq üçün insan nə etməlidir?
- Sənətkar olmaq üçün birinci Allah vergisi - səs olmalıdır. Doğuşdan şanslı doğulmalısan. Səsin də gözəl olmalıdır. Məsələn, Rəşid Behbudov kimi sənətkarlar elə anadan sənətkar doğulurlar, onlarda fitri istedaddır. Allah vergisi onun səs tellərində var idi. Amma indiki ifaçılar mütləq akademik məktəb keçməlidirlər. Gözəl səsi, sənətkar müəllimi, yaxşı məktəbi və ağlı olan əsil sənətkar ola bilər.
 
Mirzə Babayev qastrollarda spirtli içki içib
 
- Səsinizi necə qoruyursunuz?
 
- Səsi olan hər zaman oxuyur. Mən dondurma yeyib, buzlu su içərək səhnəyə çıxıb konsert vermişəm. Qorumaqla deyil ki... Yenə də oxuyaram, şükür ki, səsim yerindədir. Ustad sənətkar xəstə səsi ilə də vəziyyətdən çıxar. Ancaq elə zamanlar olur ki, simfonik orkestrlə konsert verməli olmuşam, qoz yeməmişəm, az danışmışam, çoxlu yatmışam, ancaq alınmayıb. Bəzi vaxtlarda isə buzlu su içmişəm, çox yorğun olmuşam amma studiyaya girmişəm, orkestr çalıb, özüm də ifama heyran qalmışam. Üzr istəyirəm, bir söz deyim, səs köpək oğlu şeydir, səsi tərbiyə etmək lazımdır. Amma hər kəs Yalçın ola bilməz. Rəşid Behbudov viskinin içərisinə buz atıb, içib sonra səhnəyə çıxıb, konsert verirdi. Mirzə Babayev qastrollarda spirtli içki içib, 3-4 şiş kabab yeyib, ifa edirdi. Mat-məəttəl qalırdım.
 
- Sizə nə mənfi təsir edir?
 
- Əsəb, stress səsimə çox mənfi təsir göstərir.
 
- Nə əsəbiləşdirir sizi?
 
- Yerini bilməyən, üzlü, səviyyəsiz insanlar. Əsəbiləşəndə çox zaman pəncərədən baxıram, günəşi görüb sevinirəm. Daha sonra geyim dolabımı açıram, ən sevdiyim geyimlərimi, ayaqqabılarımı çıxarıb baxıram. Ürəyim açılır, xatirələr gözümün önündə canlanır.
 
Flora xanımın ifasını bəyənməmişəm
 
- “Əlvida”x9dnı sizdən sonra yaradan oldu?
 
- Yox! Səmimi söhbət edirəm sizinlə, hər kəsin öz səsinin tembri var. Sizin səsinizin tembrinizdə o qədər mülayimlik var ki, mən sizinlə çox rahat danışıram. Kompliment deyil ha, həqiqətdir (gülür). Bizim dövlət fondunda 743 mahnım var, onlar artıq yazılıb. Mahnılarımı çox xalq artistləri, əməkdar artistlər də oxuyub, bəyənməmişəm. Sizə bir misal çəkim. Deməli, “Baladadaşın ilk məhəbbəti”x9d filmindən mahnı ifa etmişəm. Fikrət Qoca deyir ki, “kirpiklərinlə qoru, saçlarınla yaşıl yar”x9d, bu, lirik mahnıdır. Bu mahnıya çarpayıda, yataqda oturub klip çəkdiriblər. Gülməlidir, olmaz! (Qeyd edək ki, həmin mahnıya xalq artisti Zülfiyyə Xanbabayeva klip çəkdirib...)
 
- Bəs Flora Kərimova? O da sizin mahnılarınızı ifa edib.
 
- Flora xanımın ifasını bəyənməmişəm. Deyin niyə? Çünki o mahnılar Yalçının səs tembri üçün yazılıb. Təbii ki, Flora Kərimova digər ifaçılara baxanda mənim mahnılarımı ən yaxşı ifa edənlərdəndir, amma ifası tam ürəyimcə olmayıb. F. Kərimova sənətkardır, çox gözəl mahnıları var, amma...
 
- Yalçın müəllim, nəyə görə sizin kimi pedaqoq bu gün müxtəlif səs yarışmalarında münsif kürsüsündə deyil?
 
- Çünki mən o təklifləri qəbul etmirəm.
 
- Səbəb?
 
- Soruşuram ki, məndən başqa münsiflər kim olacaq? Elə ifaçıları deyirlər ki, heç tanımıram. Balansı saxlamaq lazımdır.
 
- Bu gün sizi nə hörmətdən sala bilər?
 
- Heç nə, heç kəs. Çünki mən tarixdə şəxsiyyət kimi qalacam. Məni azərbaycanlılar da, bütün dünyada da kişi kimi, mərd azərbaycanlı kimi tanıyırlar. Üç nər boyda oğlum, iki nəvəm var. Hər biri də kişidir.
 
Bu, artıq biabırçılıqdır
 
- Sənətkar kimi sizi tanıyırıq, söz ola bilməz. Bəs ata Yalçın Rzazadə necədir?
 
- Mən bütün uşaqları çox sevirəm. Öz övladlarımla da dost olmuşam. Balalarımla həm dostam, həm də çox sərt. Çünki əsil müsəlmanam. İçki içmək, böyüyə cavab qaytarmaq, böyüyün yanında oturmaq olmaz. Ana-ata danlayanda dilləşmək olmaz.
 
- Heç olubmu həyat yoldaşınıza və yaxud övladlarınıza əl qaldırasınız?
 
- Heç vaxt. O zaman mən ən alçaq adam olaram ki... Qadına əl qaldırmaq kişilikdən deyil, qəbahətdir. Qadın axı zərif məxluqdur, onu incitmək olmaz.
 
- Elə məşhur xanımlar da var ki, efirdə belə etiraf ediblər ki, həyat yoldaşları onları döyəndə ləzzət edir.
 
- Əfruzə, bu, artıq biabırçılıqdır. Qadın şillədən necə həzz ala bilər?!
 
- Yalçın müəllim, Allah sizə bundan sonra uzun ömür versin, yüz yaşayasınız. Ancaq ölüm hər birimiz üçün var.
 
- Təbii... Mən ölümdən qorxmuram.
 
- Bəs Yalçın Rzazadə həyatdan necə köçmək istəyər?
 
- Bu gün 70 tələbədən imtahan götürmüşəm. Bir tələbəm çox gözəl ifa etdi, kövrəldim. Atasını itirən uşaq idi... Mənim üçün çox ağır idi. (ağlayır).
 
- Allah sizin də, övladlarınızın da canına dəyməsin.
 
- Bu çox ağırdır, qızım. Çünki mən ata, ana, qardaşlarımın itkisini görən adamam. Amma heç vaxt arzulamaram ki, Allah eləməsin, övladımın mafasını çiyinlərimdə daşıyam. Bundan ağır şey yoxdur. Həmişə arzu edərəm ki, meyitimi oğlanlarım şərəflə çiyinlərində apara bilsinlər. Ömrümü xalqıma həsr etmişəm. Mən torpağımı ölümcül sevən insanam. Elə olmasaydı, çoxdan çıxıb gedərdim buradan... Şansım da var idi, amma getmədim. Çünki buradır mənim torpağım, Vətənim, xalqım. Azərbaycanı sevirəm.
 
- Yalçın müəllim, siz xoşbəxt sənətkarsınız...
 
- Qızım, çox sağ ol. Sizin bu sözünüz mənim üçün qızıl tacdır, tacın da üstündə brilyantlar, zümrüdlər var. Allah sizə xoşbəxtlik nəsib etsin. Bu gün ağır gün idi, ancaq sizinlə söhbətləşdik, ürəyim açıldı. Mən Allah adamıyam, sizə də arzu edirəm ki, Allah hər zaman başınızın üstündə olsun. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO